Yaşıl İqlim Fondu ilə Əməkdaşlıq

Azərbaycan dili

pdf (1MB)

Download

Yaşıl İqlim Fondu ilə Əməkdaşlıq

14 November 2018

Yaşıl İqlim Fondu qlobal iqlim dəyişmələrindən yaranan problemlərə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi vermək üçün yaradılmışdır. Fond BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının maliyyə mexanizmi kimi fəaliyyət göstərir və mütəmadi olaraq bu Konvensiyanın Tərəflər Konfransına hesabat verir. 2015-ci ildən fəaliyyət göstərən Fond indiyədək 43 ölkədən (o cümlədən 8 inkişaf etməkdə olan ölkədən), həmçinin maliyyə müstəqilliyi olan bəzi şəhər və regionlardan 10,3 milyard ABŞ dolları ekvivalentində maliyyə vəsaiti səfərbər etmişdir.

2018-ci ilin fevral ayından etibarən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərbaycanın Yaşıl İqlim Fondu ilə Əməkdaşlığına Hazırlığı” layihəsini icra etməyə başlamışdır. Layihənin məqsədi Azərbaycanı Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlamaq, Azərbaycanda adaptasiya və mitiqasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində bilik və bacarıqları artırmaqdır. Layihə çərçivəsində YİF ilə əməkdaşlığın hüquqi və institusional bazasını hazırlamaq, həmçinin ölkədəki bütün maraqlı tərəfləri, o cümlədən özəl sektoru Azərbaycanın iqlim siyasətinin həyata keçirilməsinə cəlb etməkdir. Bu unikal əməkdaşlığa hazırğın addım-addım mərhələlərini aşılayan yeni dərcimizlə Sizi tanış edirik. Səhifə 18-də Yaşıl İqlim Fondunun fəaliyyəti və bu fond ilə əməkdaşlığa hazırlıq ilə bağlı maraqlı sual-cavab silsiləsini xüsusilə Sizin diqqətinizə çatdırırıq.