Azərbaycanda özəl sektorda qadinlar: imkanlar və cətinliklər

Azərbaycanda özəl sektorda qadinlar: imkanlar və cətinliklər

4 December 2018

Azərbaycanda gender bərabərliyi ilə bağlı mövcud vəziyyət nisbətən daha geniş regional və qlobal tendensiyaları özündə əks etdirir. Təsvir edilən vəziyyət bir tərəfdən səhiyyə göstəricilərindəki müsbət dinamika, təhsil sahəsindəki nəzərəçarpan nailiyyətlər və qadınların işçi qüvvəsində yüksək iştirakı ilə, digər tərəfdən isə qadınların biznes liderləri arasında və qərarvermədə təmsilçiliyinin daha da inkişafına olan ehtiyacla müşayiət olunur.

Qiymətləndirmənin başlıca məqsədi qadınların özəl sektor iqtisadiyyatında iştirakına təsir edən amilləri müəyyən etmək, o cümlədən qadınların iqtisadi sahədə səlahiyyətlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərən milli hökumət qurumları, özəl sektor iştirakçıları və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinə töhfə vermək olub. Qiymətləndirmənin əsas vəzifələri qadınların iş imkanlarından yararlanması, layiqli iş[1] yerləri ilə təmin edilməsi və özəl sektorda uğurlu karyera qurmasınının qarşısını alan gender əsaslı amilləri müəyyən edib təhlillər aparmaqdan ibarət olub. Qiymətləndirmə zamanı eyni zamanda kişilərin özəl sektor iqtisadiyyatında iştirakına təsir edən gender əsaslı amillər təhlil edilib. Bundan əlavə, tədqiqat müddətində qadın və kişilərin özəl sektorda uğurlu iştirakını təmin edən amillər də araşdırılıb. Əldə edilmiş nəticələrə uyğun olaraq, Qiymətləndirmə hesabatında kişi və qadınların özəl sektor iqtisadiyyatında bərabər iştirak və imkanlarını təşviq etməyə yönələn bir sıra təkliflər irəli sürülüb. Tədqiqatda yer alan məlumatlar Bakı, Xəzər, Quba, Saatlı, Şəki, Lənkəran və Qəbələdə fokus-qrup müzakirələri zamanı və əsas respondentlərlə aparılmış müsahibələr vasitəsilə toplanıb.

[1] Beynəlxalq Əmək Təşkilatının (BƏT) tərifinə əsasən, “layiqli iş” məhsuldar, ədalətli gəlir gətirən, iş yerində təhlükəsizliyi, ailələrin sosial müdafiəsini, daha yaxşı şəxsi inkişaf və sosial inteqrasiya perspektivlərini, insanların öz problemlərini ifadə etmək azadlığını, insanların həyatına müsbət təsir edən qərarların formalaşdırılması və həyata keçirilməsində iştirakını, istisnasız olaraq bütün qadın və kişilər üçün bərabər imkan və münasibətləri təmin edən iş  deməkdir. http://www.ilo.org/global/topics/decent-work/lang--en/index.htm

Regions and Countries
Sustainable Development Goals