İqlim dəyişikliyi və aqro-müxtəlifliyin mühafizəsi üzrə qərar qəbul edən şəxslər və yerli əhali üçün Təlim Proqramı

27 Yanvar 2014
image

Xülasə

Cari təlim proqramı (təhsil proqramı) milli və yerli səviyyədə qərar qəbul edən şəxslər üçün və institusional təhlil və ehtiyacların qiymətləndirilməsini nəzərə alan yerli əhali üçün nəzərdə tutulmuşdur.


Cari təlim proqramı, təlim mövzuları, tədris olunacaq təlim qrupları, təlim yanaşması, təlim kurikulumları və qrafiki, habelə zəruri təlimin təşkili məsələləri haqqında informasiya üzrə məqsəd və vəzifələri təmin edir.


“Cənubi Qafqazın quraq və yarım-quraq ekosistemlərində aqro-biomüxtəlifliyin Qorunması və Davamlı istifadəsi üçün İqlim Dəyişmələri təsirlərinə cavab olaraq uyğunlaşma həssaslığının müəyyənləşdirilməsi və həyata keçirilməsi” layihəsi Qafqaz üzrə Regional Ekoloji Mərkəz tərəfindən 3 Cənubi Qafqaz ölkəsində həyata keçirilən regional layihədir. Yerli icmaların imkanlarının genişləndirilməsi, habelə iqlim dəyişmələri haqqında ümumi məsələlər üzrə qərar qəbul edən şəxslər və yerli hakimiyyət orqanları və onların aqro-biomüxtəliflik və davamlı kənd təsərrüfatı təcrübələrinə təsiri layihənin əsas məqsədləri olduğu üçün hədəf qruplar üçün seçilmiş pilot rayonlarda bir sıra təlim sessiyalarının təşkili nəzərdə tutulur.

Bu proqramın məqsədi aşağıdakı məsələlər üzrə yerli əhali və hakimiyyət orqanları arasında məlumatlılığı artırmaqdır:

  • Ümumi iqlim dəyişmələri fenomeni və qlobal, regional və yerli səviyyədə onunla əlaqədar problemlər
  • İqlim dəyişmələri ilə əlaqədar həyata keçirilən tədbirlər, cari milli siyasət və hüquqi çərçivə
  • Mövcud proqnoz və tədqiqatları nəzərə almaqla iqlim dəyişmələrinin aqro-biomüxtəlifliyə, yerli istehsal sistemlərinə və ərzaq təhlükəsizliyinə təsiri
  • Davamlı kənd təsərrüfatı təcrübələri və mövcud uyğunlaşma modulları və ənənəvi istifadə olunan aqro-biomüxtəliflik genefondunun mühafizəsi üçün istifadə olunan təcrübələr və uyğunlaşmanın ən yaxşı beynəlxalq təcrübələrinin tətbiqi və yerli uyğunlaşma proqram və planlarının inkişafı
Təlim Proqramını Yüklə