Minilliyin İnkişaf Məqsədləri Hesabatı 2013

English

pdf (1MB)

Download

Minilliyin İnkişaf Məqsədləri Hesabatı 2013

19 September 2013

Minilliyin İnkişaf Məqsədlərinin (MİM) tarixdə yoxsulluğa qarşı ən uğurlu qlobal addım olması hesabatda qeyd edilmişdir.  Hədəflərin çoxuna nail olunması yolunda əhəmiyyətli və əsaslı addımlar atılmışdır - bura kəskin yoxsulluq həddində yaşayan insanların sayının və təkmilləşdirilmiş içməli su mənbələrinə davamlı çıxışı olmayan insanların nisbətinin yarıya qədər azaldılmasında daxildir. Malyariya və vərəmə qarşı mübarizədə diqqətəlayiq uğurlar qazanılmışdır. Səhiyyənin bütün sahələrində, eləcə də ibtidai təhsildə nəzərəçarpan irəliləyiş müşahidə edilmişdir.


Bu ilin hesabatı fəaliyyətə ən çox ehtiyac duyulan sahələrə, o cümlədən, aclıq, ana sağlamlığı, sanitariya şəraiti və ətraf mühitin mühafizəsi kimi sahələrə nəzər salır. Hesabat həm də MİM-lərə çatmaq istiqamətində irəliləyişin ölkələr arasında, eləcə də ölkələrin daxilində bərabər olmadığını göstərir.


"MİM-lərə nail olunması istiqamətində on ildən yuxarı aparılan işlər zamanı biz öyrəndik ki, qlobal inkişaf səylərinin mərkəzləşdirilməsi fərq yaratmağa qabildir”, - deyə BMT-nin Baş Katibi Pan Gi Mun hesabatda bildirib. Fəaliyyətin sürətləndirilməsi yolu ilə, dünya MİM-lərə nail ola və 2015-ci ildən sonrakı, yüksək hədəflərə yönələn və ilhamlandırıcı inkişaf çərçivəsi üçün zəmin yarada bilər”.


Hesabatda vurğulanan məsələlər

  • Kəskin yoxsulluq həddində yaşayan insanların sayı qlobal səviyyədə yarıya qədər azaldılmışdır.
  • 2 milyarddan yuxarı insan təkmilləşdirilmiş içməli su mənbələrinə çıxış əldə etmişdir.
  • Malyariya və vərəmə qarşı mübarizədə nəzərə çarpan uğurlar əldə edilmişdir.
  • Aclığın azaldılması hədəfinin nail olunması mümkündür.
  • Ətraf mühitin dayanıqlılığı kəskin təhlükə altındadır.
  • Ana ölümlərinin əksəriyyəti önlənə bilən ölümlərdir və bu sahədə irəliləyiş lazımi səviyyədə deyil.
  • Antiretroviral müalicəyə çıxış və HİV üzrə maarfiləndirmə artırılmalıdır.
  • Həddindən artıq sayda uşaq hələ də ibtidai təhsildən məhrum edilir.
  • Ümumi yardım vəsaiti daha azdır.
  • Bu isə daha çox ən kasıb ölkələr qrupuna mənfi təsir göstərir.
Document Type
Regions and Countries