Dayanıqlı inkişaf toxumlarını səpənlərin uğur hekayəsi

Dayanıqlı inkişaf toxumlarını səpənlərin uğur hekayəsi

27 June 2019

Azərbaycanın şimal-qərbindəki ailələrin əksəriyyəti kəndlərdə və əsasən ucqar dağlıq ərazilərdə məşğulluq imkanlarının məhdud olduğu şəraitdə yaşayırlar. Şəki-Zaqatala iqtisadi zonasını təşkil edən altı şimal-qərb rayonunda yaşayan müxtəlif insanlar arasında həm də Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvasından didərgin düşən və məhdud imkanlara malik ailələr də var. 

Hazırki bukletdə bu icmalarda ailə təsərrüfatları yaradan insanların uğur hekayələri öz əksini tapıb.

Azərbaycanın Şəki-Zaqatala iqtisadi rayonunda həssas icmaların həyat və rifahını yaxşılaşdırmaq üçün aparılan inkişaf layihələri Avropa İttifaqının maliyyələşdirdiyi, ABAD publik hüquqi şəxs və BMT-nin İnkişaf Proqramının da qismən maliyyələşdirdiyi, ümumi dəyəri 1,074,000 ABŞ dolları təşkil edən üçillik layihənin bir hissəsidir. Layihə, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarını əhatə edərək ümumilikdə Şəki-Zaqatala iqtisadi zonasının 6 rayonunda BMTİP və ABAD tərəfindən icra edilir.