• SXaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və ailə üzvlərinin vəziyyətinə dair tədqiqat əsasında miqrasiyaya şərait yaradan həlledici amillərin iş yerlərinin çatışmazlığından və gündəlik ehtiyacların ödənilməsi üçün maddi imkanların mövcud olmamasından ibarət olduğu müəyyən edilmişdir.

  • Bu sənəddə Azərbaycanda Gender Bərabərliyi dair Qanundakı çıxarışlar sual və cavab formasında verilmişdir. Sənəd həmçinin Qanunların maddələri və əsas terminlərini oxunan dildə oxucuya başa salır.

  • Bu kitabça Azərbaycan qanunvericiliyində qadınların iqtisadi və sosial hüquqlarının təmin edilməsinə dair mövcud çıxarışlar əsasından hazırlanmışdır.

  • Kitab İslam dünyasında müsəlman qızları üçün ilk dünyəvi məktəb olan nadir fenomeni vurğulayır. 1901-ci ildə Bakı neft milyonçusu və xeyriyyəçisi Hacı Zeynallabdin Tağıyev tərəfindən maliyyələşdirilən bu məktəb qadınlara savad verməklə "qara qızıl"ı "insan qızıl"ına çevrilməsini göstərən gözəl nümunədir. Xeyriyyəçi məktəbin əsas ideyasını "müsəlman qadınına onun ayrılmaz insan hüquqlarının başa salınması"nda görürdü.

  • Bu sənəd “2008-2011-ci illər üçün Gender Bərabərliyi Strategiyasını” təqdim edir , eləcə də BMTİPnin qadınların səlahiyyətlərinin artırılmasında əməkdaşlıq istəyini özündə əks etdirir. Bu nəşr Minillik İnkişaf Məqsədlərinə çatmaqda digər 4 əlaqəli diqqət sahəsi ilə yanaşı gender bərabərliyinin vacibliyini bildirir.