Azərbaycanlı miqrantların Azərbaycankı həyat yoldaşları və ailə üzvlərinin vəziyyəti haqqında Tədqiqata dair Hesabat

27 Yanvar 2014
image

Xülasə

Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və ailə üzvlərinin vəziyyətinə dair tədqiqat əsasında miqrasiyaya şərait yaradan həlledici amillərin iş yerlərinin çatışmazlığındanvə gündəlik ehtiyacların ödənilməsi üçün maddi imkanların mövcud olmamasından ibarət olduğu müəyyən edilmişdir.

Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan ailələrinin sosial-iqtisadi vəziyyətinin ağır olduğunu göstərir: bu cür ailələr öz əsas gündəlik ehtiyaclarını ödəmək üçün maddi vəsaitin çatışmazlığından əziyyət çəkirlər.

Tədqiqatdan irəli gələn tövsiyələr müəyyən edilmiş spesifik ehtiyaclara əsaslanaraq müvafiq qanunvericilik aktlarına (Ailə Məcəlləsi) dəyişikliklərin edilməsi, bəzi müdafiə mexanizmlərinin tətbiq olunması (sözügedən ailələrin aidiyyəti sosial işçilər tərəfindən monitorinqi və qiymətləndirilməsi) və bu cür ailələrin üzvlərinə köməkliyin göstərilməsilə (məşğulluq məsələləri və hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi, zəruri təlim kurslarının keçirilməsi, tibbi konsultasiyaların göstərilməsi, sosial və/və ya psixoloji xidmətlərin təşkili və s.) əlaqədar bir sıra təklifləri özündə əks etdirir.

Aşağıdakılar məruzədə öz əksini tapmışdır:

  • Mövcud miqrasiya proseslərində əsasən kişilər iştirak edirlər, qadınlar isə öz uşaqlarını böyütmək və onlara təhsil vermək üçün ölkədə qalmalı olurlar
  • Kişilər işləmək məqsədilə xaricə miqrasiya etdikdə onların həyat yoldaşlarının üzərinə artıq mövcud olanlarla yanaşı yeni və əlavə vəzifələr düşür
  • Miqrant ərlərin uzun müddət əlaqə saxlamaması azərbaycanlı ailələr üçün xüsusi bir çətinlikdir
  • Miqrasiya və əlaqələrin olmaması miqrantların Azərbaycanda qalan həyat yoldaşları ilə yanaşı, uşaqlarına da mənfi təsir göstərir, çünki onların ata dəstəyi və münasibətinə ehtiyacı var
  • Miqrantların Azərbaycanda qalan həyat yoldaşları və uşaqları üçün nəzərdə tutulmuş hər hansı bir formada sosial yardım və ya dəstəyin Azərbaycan Respublikasında hal-hazırda mövcud deyil
Təqdiqat Məruzəsini Yüklə