6 İfrat yoxsulluğu və aclığı aradan qaldırmaq

Biz haradayıq?

 mdg1
Pensiyaların verilməsi yoxsulluğun azalması ilə nəticələnmişdir (Mənbə: Riçard Vivian)

Sovet İttifaqının dağılmasından sonra müstəqilliyinin 20-ci ilində Azərbaycan yüksək inkişafa nail oldu. Dövlət, Ümumi Milli Gəlirin adambaşına hesabının 2002-ci ildəki 720 dollar göstəricisindən 2011-ci ildə 5, 290 dollara qalxaraq yuxarı orta gəlirli ölkələr sırasına qoşulması ilə fərqlənir.

Azərbaycan sərvətlərin bölüşdürülməsini inkişaf etdirən yüksək inkişaf və siyasətlər və proqramlar nəticəsində 2000-ci illərdə yoxsulluğun əsaslı surətdə azaldılmasına nail oldu. Neft gəlirlərindən yararlanan Azərbaycan əhali üçün məvaciblərin və sosial köçürmələrin artırılması üçün, eləcə də iqtisadiyyatın modernizasiyasına yönəlmiş institusional islahatları genişləndirmək üçün genişhəcmli ictimai sektora aid sərmayə proqramları və bunu dəstəkləyəni siyasət həyata keçirməyə başladı.

Bu cəhdlər əsaslı artım və yoxsulluğun azalması ilə nəticələnmişdir. Bununla da, artım əhalinin əksər hissəsi üçün məvaciblərin və gəlirlərin yüksəlməsi ilə müşahidə olunmuşdur. Həm artım, həm də geniş ictimai transfert proqramları vasitəsilə sərvətlərin təkmilləşdirilmiş bölüşdürülməsi əhalinin əksər hissəsin rifahının yaxşılaşdırılması yolunda böyük rol oynamışdır.

Buna baxmayaraq, məşğulluq mənfəətləri ürəkaçan deyildi. Azərbaycanın adambaşına düşən ÜDM göstəricisinə korbohidrogen ixracatı vasitəsilə əldə olunur və bu göstərici işləyən insanların yalnız 7 %-ni əhatə etdiyi halda ixracatın 90 %-dən çoxunu əhatə edir. Bununla yanaşı, Azərbaycanın uzunmüddətli strategiyasının əsas məqsədi ölkəni daha səmərəli və innovasiyaya aparacaq iqtisadi diversifikasiya və məhsuldar iş yerlərinin açılması olmalıdır.Bu öz növbəsində kənd təsərrüfatında hər işçiyə düşən əlavə gəlirin, hər işləyən şəxsə düşən ÜDM-un və hər vətəndaşın əldə etdiyi həqiqi gəlirin (ÜMG) göstəriciləri ilə OECD göstəriciləri arasındakı fərqliliyi azaldacaqdır.

Azərbaycanın qarşısında duran əsas çətinlik tamhüquqlu Yuxarı Orta-Gəlirli dövlət katoqoriyasına düşməkdir, bunun üçün isə dövlət yüksək korbohidrogen ixracatına aslılığı aradan qaldırmalıdır.

Yoxsulluq əmsalı dinamikası

Bar Chart

1.27 il
qalıb
- məqsədlərə nail olmaq üçün

1990 2015
MİM 1 üçün hədəflər
  1. 1. Gündəlik gəliri bir dollardan aşağı olan insanların sayını yarıyadək azaltmaq
    • Gündəlik 1 dollardan az gəliri olan əhalinin hissəsi
    • Yoxsuluğun dərinliyi nisbəti
    • Milli istehlakda ən yoxsul təbəqə kvintilinin bolgüsü
  2. 2. Qadınlar və cavan insanlar daxil olmaqla hamı üçün tam səmərəli məşğulluq və layiqli işə nail olmaq
    • İşləyən adam başına düşən ÜDM-sinin artım tempi
    • Əhaliyə məşğulluq nisbəti
    • Gəliri 1 dollardan az olan işləyən əhalinin hissəsi
    • Ümum-məşğulluqda öz hesabına və sərbəst işi olan işçilərin hissəsi
  3. 3. Aclıqdan əziyyət çəkən insanların sayını yarıyadək azaltmaq
    • Normadan az çəkili beş yaşına qədər uşaqların üstünlüyü
    • Qida enerji istehlakını minimum səviyyədən az qəbul edən əhalinin üstünlüyü