6 Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək

Biz Haradayıq?

Azərbaycan təhsil sahəsində gender qeyri-bərabərliyinin aradan qaldırılmasında yüksək irəliləyiş əldə etsə də, yuxarı orta gəlirli ölkələr səviyyəsindən geridə qaldığı üçün qanunvericilikdə gender bərabərliyinin təmin edilməsinə davamlı diqqət tələb olunur.

Azərbaycan qadınlarının təhsil səviyyəsi yüksəkdir (99.5 faiz), lakin son illərdə qızların məktəbləri erkən tərk etməsi tendensiyası müşahidə olunmuşdur. Ümumilikdə, Azərbaycanda ali təhsil təhlükəsiz gələcək üçün önəmli şərt kimi sayılır və ali təhsil səviyyəsində gender fərqliliyi minimal səviyyədədir(2011-ci ildə 45.9% 54.1% qarşı). Lakin, doktorantura səviyyəsində qadın tələbələr cəmi 18 % təşkil edir.

Son on illikdə Azərbaycanda iqtisadi vəziyyət davamlı olaraq yaxşılaşır və yeni məşğulluq imkanları yaranmışdır. 2011-ci ildə qadınlar Azərbaycanda iqtisadi aktiv əhalinin 49.2 %-i təşkil etmişdir. Lakin, qadınlar hələ də iş yerlərində ç şaquli və üfüqi seqreqasiya (ayrı-seçkilik) ilə üzləşirlər. Qadınlar təhsil, sağlamlıq və sosial xidmətlər kimi “təbiətcə qadınlara aid olan” aşağı məvacibli işlərə cəlb olunurlar.

Gender müxtəlifliyinin kişilərlə müqayisədə qadınlara mənfi təsir göstərən sahələrindən biri də qanunvericilik prosesləridir. Bəzi müsbət hallar mövcud olsa da, qadınlar hələ də seçkili vəzifələrdə və yüksək qanunverici statuslu iş yerlərində az təmsil olunurlar. Misal üçün, qadınların Azərbaycan Milli Məclisindəki bölgüsü 11%-dən (2005-ci il) 16%-ə (2010-cü il) qədər genişlənmişdir.

Hökumətin icraedici orqanlarına gəldikdə, 39 nazir və dövlət komitə və agentliklərinin rəhbərlərindən cəmisi bir nəfəri qadındır. Nazir müavini səviyyəsində qadınlar yalnız 6% təmsil olunurlar.

Dövlət qulluğunda da qadınların və kişilərin nisbəti şaquli ayrı-seçkilik imicini yaradır - belə ki, vəzifə yüksəldikcə qadınların sayında azalma müşahidə olunur. Misal üçün, kişilərlə müqayisədə Şöbə Müdiri vəzifəsində qadınların kişilərə olan nisbəti 1-in 14-ə təşkil edir. Son 4 ildə gender üzrə iştirakçılıq dinamikasını yoxlayarkən yüksək vəzifələrdə qadınların sayının artmasında yüngül artım (2%) nəzərə çarpır.

Qadın və kişilərin iqtisadi, sosial və siyasi sahədə iştirak səviyyəsində müşahidə edilən bərabərsizliklər əsasən qadınların ailə və cəmiyyətdəki roluna olan patriarxal münasibət və stereotiplərlə izah edilir. Bu da hüquqi müddəaların tətbiqində nəzərə çarpan dərəcədə əngəl yaradır.

Milli Məclisdə qadınların təmsil olunması

Bar Chart

1.44 il
qalıb
- məqsədlərə nail olmaq üçün

1990 2015
MİM 3 üçün Hədəflər
  1. Əsasən 2005-ci ilədək ibtidai və orta təhsildə və 2015-ci ilədək təhsilin bütün səviyyələrində gender bərabərsizliyini aradan qaldırmaq
    • İbtidai, orta və ali təhsil səviyyəsində qızların oğlanlara olan nistəbləri
    • Qeyri kənd təsərrüfatı sahələrində əmək haqqı təklif edən işlərdə qadınların bölgüsü
    • Milli parlamentlərdə qadınların say hissəsi