6 Uşaq ölümü hallarını azaltmaq

Biz Haradayıq?

Uşaq ölüm halları 2002-ci ildəki 63.3/1000 sağlam doğuş göstəricisindən 2011-ci ildə 44.7-yə düşməsi və körpə ölüm əmsalının (KÖƏ) 38.5/1000 sağlam doğuş (Dünya Bankı) göstəricisi təşkil etməsi ilə son zamanlar davamlı irəliləyiş əldə olunmuşdur. Bu irəliləyişə baxmayaraq, Azərbaycanın KÖƏ-si yuxarı orta-gəlirli ölkələrin orta göstəricisindən iki dəfə çoxdur. Hazırda işlədilən “sağlam doğuş” anlayışı başda olmaqla, eyni məlumatı hər dəfə verən statistika sisteminin zəif fəaliyyətini göstərən rəsmi statistika və müstəqil sorğular arasında fərq vardır. Bu uşaq ölümü hallarının real miqyası müəyyənləşmədikdə və müvafiq müdaxilələr təqdim olunmayanda çoxlu problemlər yaradır.

Doğuş zamanı ölüm halları tam ölüm hallarının yarısını təşkil edir. Bu uşaqların əksəriyyəti sağlam, lakin nəfəs almadan fərqli həyat simptomları ilə anadan olurlar və bu halda onlar sağlam doğuşla anadan olmuş sayılmır, eləcə də onlara sağ qalmaq üçün heç bir qayğı göstərilmir. Bunun səbəbləri ola bilsin ki, səhiyyə işçiləri arasında reanimasiya və doğuş zamanı qayğı bacarıqlarının, eləcə də yeni doğulanlara qayğı göstərmək üçün yetərli imkanların çatışmazlığı, cəzalanmadan qorxaraq çağa ölümlərini gizlətmək tendensiyası da daxildir.

Rəsmi statistikaya əsasən, ishal xəstəlikləri və şiddətli tənəffüs infeksiyaları körpə xəstəliyi və ölümün əsas səbəbləridir. Zəif qidalanma hər 10 körpədən birinin aşağı doğum çəkili və 5 yaşa qədər boy artımı zəif olan uşaqların 13%-nin pis qidalanma göstərici ilə uşaq ölümünün əsas səbəblərindən biridir. Körpələrdə zəif immunitet və xəstələnmə ilə müşahidə olunan vitamin A çatışmazlığı bu uşaqların 75 %-də müşahidə olunur. Anemiya geniş yayılmış və buna səbəb olan dəmir çatışmazlığı demək olar qadın və uşaqlar arasında bərabərdir.

Körpə və uşaq sağlamlığının təkmilləşdirilməsini davam etdirmək üçün doğuş zamanı xüsusi diqqət göstərməklə səhiyyə xidmətlərindən rahat istifadəni təkmilləşdirmək; tibb heyətinin bacarıqlarını inkişaf etdirməklə problemli hamiləliklərin, doğuşların və uşaq xəstəlikləri hallarını azaltmaq; uşağa qayğı göstərmə təcrübələri haqqında bilik və məlumatları verməklə ana və ailələrə səlahiyyətlər vermək lazımdır.

5 yaşına qədər olan uşaqların ölüm əmsalının müqayisəsi

Bar Chart

1.69 il
qalıb
- məqsədlərə nail olmaq üçün

1990 2015
MİM 4 üçün Hədəflər
  1. 1. Beş yaşınadək uşaqlar arasında ölüm hallarının mövcüd dərəcəsini üçdə iki dəfə azaltmaq
    • Beş yaşından kiçik olanların ölüm dərəcəsi
    • Körpələrin ölüm dərəcəsi
    • Qızılca əleyhinə peyvənd edilmiş bir yaşlı uşaqların hissəsi