6 Ətraf mühitin dayanıqlılığını təmin etmək

Biz Haradayıq?


Həddindən çox otarılma torpaqların korlanmasının əsas amillərindən biridir (Şəkil: Eva Kusiç)

Azərbaycan aparıcı beynəlxalq müqavilələrə üzvdür, əhəmiyyətli milli ekoloji qanunlar qəbul edib və qlobal ekoloji narahatlıqları Azərbaycanın milli siyasət və proqramlarında əks etdirmişdir.

Ölkə özünün biomüxtəliflik resurslarını qorumaqda əhəmiyyətli irəliləyiş əldə etmişdir – ölkənin ümumi sahəsindəki qorunan ərazilərin sayı hissə etibarilə 2000-ci ildəki 5% göstəricidən iki dəfə artaraq 2011-ci ildə 10.2%-a çatmışdır. Meşələrin bərpa olunması və meşələşdirmə tədbirləri 0.4% meşə ilə əhatə olunan ərazilərin artması ilə nəticələndi. 2002-ci il ilə müqayisədə 15% artımla 2010-cu ildə əhalinin 82%-i əhaliyə təkmilləşdirilmiş obyektlərə giriş əldə etdi və bu göstərici yuxarı-orta-gəlirli dövlətlərin orta göstəricilərindən yüksəkdir.

Azərbaycanın hələ də ciddi ekoloji çətinlikləri mövcuddur. İki fenomen: ölkə ərazisinin 43%-nin eroziyaya və 20%-nin şoranlaşmaya məruz qalması səhralaşmaya yol açır və kənd təssərrüfatında məhsuldarlığı azaldır.

İcməli suyun əldə edilməsi əsas narahatlıq doğuran məsələlərdən biridir. Kənd əhalisinin içməli su mənbələrinə çıxışı 2002-ci ilin 62% göstəricisindən 2010-cu ilin 71 % göstəricisinə qalxsa da, bu yuxari orta gəlirli ölkələrin orta göstəricilərindən hələ də aşağıdır. Azərbaycan kənd yerlərinin inkişafına xüsusi diqqət yetirməklə mövcud su təchizatı sistemlərini müasirləşdirmə fəaliyyətini davam etməlidir.

Azərbaycanın havaya buraxdığı karbon qazının (CO2) adambaşına düşən həcmi yuxarı orta gəlirli ölkələrin orta göstəriciləri ilə eynidir və buraxılan karbon qazının yarısı orta yüksək-gəlirli iqtisadiyyatların payına düşür. Ölkə global əhəmiyyətli istixana qazları yaradanlar sirasına daxil deyil, lakin son illərdə adambaşı CO2 qazının havaya buraxılmasında artım müşahidə olunur. Azərbaycan iqtisadiyyatının hidrokarbon istehsalından asılı olduğunu nəzərə alsaq, hökumət yaşıl iqtisadiyyata keçidin yeni yollarının tapmalıdır.

İçməli su mənbəyinə çıxışın olması

Bar Chart

1.33 il
qalıb
- məqsədlərə nail olmaq üçün

1990 2015
MİM 7 üçün Hədəflər
  1. Dayanıqlı inkişaf prinsiplərini dövlət siyasət və proqramlarına daxil etmək, ekoloji resursların itkisini aradan qaldırmaq
  2. Biomüxtəliflik itkilərinin 2010-cu ilə qədər əhəmiyyətli dərəcədə azaldılmasına nail olaraq biomüxtəliflik itkilərin dərəcəsini azaltmaq
    • İçməli su ənbələrindən istifadə edən əhalinin hissəsi
    • Ümumilikdə, adam başına və hər 1 dollar ÜDM-ə görə CO2 qazının buraxılması
    • Ozonu azaldan maddələrin istehlakı
    • Təəhlükəsiz bioloji hüdudlar çərçivəsində balıq cinslərinin payı
    • İstifadə olunan ümumi su resusrlarının payı
    • Mühafizə olunan Quru və Su ərazilərinin payı
  3. Təmiz içməli suya və əsas sanitariyaya çıxış əldə edə bilməyən insanların sayını yarıyadək azaltmaq
    • Təkmilləşdirilmiş içməli su mənbələrindən istifadə edən əhalinin payı
    • Təkmilləşdirilmiş sanitar şəraitdən istifadə edən əhalinin payı
  4. 2020-ci ilədək xarabalıqlarda yaşayan ən azı 100 milyon əhalinin həyat şəratinin mühüm tərəqqisinə nail olmaq
    • xarabalıqlarda yaşayan çəhər əhalisinin payı