BMTİP-in Azərbaycan Nümayəndəliyi

business centre
Bakı Biznes Mərkəzi (Mənbə: Frantz Gottfrayd Uimmer)

BMTİP-in Azərbaycan Nümayəndəliyi 20 ildən çoxdur ki, ölkədə fəaliyyət göstərir. Proqram ölkədə öz nümayəndəliyini 1992-ci ilin payızında Azərbaycanın müstəqillik qazanaraq Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün ardınca açmışdır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı fəaliyyətinin ilk illərində Dağlıq Qarabağ münaqişəsinə məruz qalmış əhaliyə yardımını nəzərdə tutan erkən bərpa proqramlarının həyata keçirilməsilə ilə başlamışdır. Zaman keçdikcə, BMTİP-in Azərbaycandakı rolu ölkənin artan ehtiyaclarına uyğun uzun müddətli sosial-iqtisadi inkişafa yönəldi.

İnkişaf Proqramı neft sərvətlərindən yaranan “qara qızılın” səmərəli istifadəsi, “insan qızılının” inkişaf etdirilməsi, insanların seçiminin genişləndirilməsi və qeyri-bərabərliyin azaldılması üçün Azərbaycana dünyanın ən qabaqcıl inkişaf modellərini tövsiyyə edir.

Uğurlarımız

BMT-nin İnkişaf Proqramı Azərbaycan Hökumətini hökumətdayanıqlı inkişaf sahələrində dəstəkləyir və gənclərin iştirakı və qadınların hüququ məsələlərində aktiv iştirak edir.

BMTİP-in Azərbaycandakı E-Hökumət proqramı ictimai sektor islahatlarında İKT-nin istifadə olunmasına dəyərli sübutdur. E-Hökumət Proqramı vətəndaş xidmətləri islahatı, gömrüyün modernizasiyası, pensiya islahatı və əhali qeydiyyatının inkişaf etdrilməsi kimi sahələri əhatə edir. Bu proqram biznes proseslərinin avtomatlaşdırılması, insan müdaxiləsinin aradan qaldırılması, gözləmə vaxtı və qiymətin azaldılması və məlumatların onlayn öyrənilməsi yolu ilə dövlət institutlarında səmərəlilik və şəffaflığa böyük töfhələrini verməkdədir.

Son illərdə BMTİP dayanıqlı enerji və ətraf mühit sahələrində də aktivlik nümayiş etdirir. BMT-nin İnkişaf Proqramı bərk tullantıların idarəçiliyi, dayanıqlı enerji, ekoloji qiymətləndirmə və iqlim dəyişikliyi sahələrində layihələr həyata keçirir.

Böhranların qarşısının alınması və bərpa  sahəsində BMT-nin İnkişaf Proqramının torpaqlardan minaları təmizləmə və insan həyatı və fəaliyyəti üçün təhlükəsiz şərait yaradan minatəmizləmə fəaliyyətində boyük təcrübəyə malikdir. İnkişaf Proqramı Azərbaycanın daşqın meylli ərazilərində iqlim dəyişikliyi risklərini aradan qaldırmaq üçün Hökumət ilə əməkdaşlıq edir.

BMTİP-in Azərbaycana yardımı fəaliyyəti sıralarında iqtisadi idarəçiliyin inkişaf etdirilməsi də vardır. BMT-nin İnkişaf Proqramı məşğulluq bacarıqlarının inkişaf etdirilməsi, dayanıqlı inkişafda özəl sektorun iştirakının dəstəklənməsii və ticarətin inkişafı üçün inteqrasiya olunmuş sərhəd idarəçiliyinin yaradılması naminə işaxtaranlara yardım edir.

BMTİP gender bərabərliyi və gənclərə səlahiyyətin verilməsi kimi proqramındakı kəsişən məsələlərin təşviqini davam etdirir. BMT-nin İnkişaf Proqramı iqtisadi və sosial həyatda kənd və rayon qadınlarının iştirakını dəstəkləyir və dövlət siyasətində qadınların ehtiyaclarının təmsil olunması üçün milli iştirakçıların bacarıqlarını artırır. BMT-nin İnkişaf Proqramı inkişaf məsələlərinin gələcəyi haqqında gənclərin biliklərinin artırılması üçün Azərbaycan universitetlərində İnsan İnkişafı Kurslarını tədris edir. İnkişaf Proqramı həmçinin qərarverilicilik prosesində iştirak və ətraf mühitin dayanıqlığı məqsədlərinə nail olmasına töfhələrini vermək üçün gəncləri səfərbər etmişdir.

Son olaraq, BMT- nin İnkişaf Proqramı Azərbaycanın böyük təcrübəsi olduğu mina təmizləmə, pensiya islahatlarıvətəndaşlara xidmət sahələrindəki biliyin bölüşməsi üçün Cənub-Cənub əməkdaşlığına dəstək verir.

BMTIP Azərbaycan Hökuməti ilə 2011-2015-ci illəri əhatə edən Ölkə Proqramı əsasında yaxından əməkdaşlıq edir. Nazirlər Kabineti Hökumətlə Əlaqələndirmə Orqanı rolunu oynayır və nazirlikləri, dövlət komitələrini, elm mərkəzlərini və QHT-ləri proqram fəaliyyəti üçün Tərəfdaşlar kimi çıxış etmələrini nizamlayır.   

Bizim sayımız

Heyətin sayı və onların müavilə modallığı haqqında Hesabat. Məlumat üçün: əgər məlumatlar yenilənibsə, aşağıdakı Atlas Modulu istifadə edilə bilər, əks halda aşağıdakı cədvələ məlumatları daxil edin. 

BMTİP-in Azərbaycan Nümayəndəliyi Heyətinin cari sayı

Müqavilə Növü 
Ümumi
Xidmət Müqaviləsi      
             40
BMTİP Yerli Heyət
             20

BMTİP Beynəlxalq Heyət
    2
Milli IC heyət
 142

Cəmi                                     204

Konsultantlarımız

12 ay ərzində Ölkə Ofisindən 30 000 ABŞ dolları və daha çox alan cari konsultantlarımızın siyahısı. Hər bir konsultant üçün kompensasiya və/və ya kompensasiya dərəcəsinin cəmi əlavə edilməlidir. 

Konsultantın adı və nömrəsi İşin adı Layihənin adı Müqavilənin məbləği (ABŞ Dolları) / müqavilənin müddəti
James Jackelman/IC067/2012
Beynəlxalq Konsultant Dəniz Ekosistemi 30,000 ABŞ dolları hissə-hissə;  29/05/12-13/04/13
Alexander Avdeev/IC126/2012
Beynəlxalq Konsultant  Gender 32,000 ABŞ dolları hissə-hissə;  01/09/12-02/03/13