Maliyyə və Çatdırılma

Maliyyənin mənbəyi və obyekti

Son onillikdə Azərbaycanın surətli inkişafının nəticəsində adam başına düşən gəlir kəskin surətdə qaxlaraq 2011-ci ilin sonuna 6915 ABŞ dolları təşkil etdi . Bunun nəticə olaraq, hazırda Azərbaycan Dünya Bankı tərəfindən qiymətləndirməyə görə, yuxarı-orta-gəlirli ölkələr sırasındadır. Proporsional olaraq, ölkənin artan sərvətinə görə BMTİP-in baş qərargahı Ölkə Nümayəndəliyinə nisbətən az əsas maliyyə vasitəsi ayırır. Buna görə də, BMTİP Azərbaycan Nümayəndəliyinin strategiyası kiçik əsas maliyyə vasitələrindən istifadə yolu ilə inkişaf layihələrinin maliyyələşdirilməsi siyasətini dəyişərək layihələr üçün əlavə, köməkçi maliyyə vasitələrinin səfərbər olunmasına keçdi. Doğrudan da, hazırda Azərbaycandakı BMTİP layihələrinin əksəriyyəti Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilir.

2011-ci ildə BMTİP layihələrinin ümumi maliyyələşməsinin 56%-i Azərbaycan Hökuməti tərəfindən ödənilmişdir. Layihələrimizin çox kiçik bir hissəsi Qlobal Ətraf Mühit Fondu, Avropa İttifaqı və Norveç Hökuməti tərəfindən maliyyələşdirilmişdir.

Azərbaycan Donorunun Töfhələri

Maliyyə İli Donor Töfhələrin Məbləği, ABŞ dolları ilə
2012 Azərbaycan Hökuməti 7,418
2012 Avropa İttifaqı 1,312
2012 GEF 203
2012 Demokratik İdarəçilik üzrə BMT-nin Etimad Fondu  49
2012 Norveç Hökuməti 487
2012 Cəmi 9,469

İllər üzrə Proqram Xərcləri, '000 ABŞ dolları ilə

Maliyyə İli Əsas vəsait Hpkumətlə xərclərin bölüşdürülməsi  Üçüncü tərəflə xərclərin bölüşdürülməsi  GEF və digər etimad fonları Cəmi
2004 2,562 3,069 611 3,421 9,622
2005 3,112 6,536 896 672 11,216
2006 3,207 9,438 1,029 2,580 16,255
2007 2,290 10,030 562 348 13,231
2008 2,771 4,907 929 612 9,220
2009 1,554 7,266 1,102 612 10,534
2010 1,389 7,940 614 106 10,050
2011 1,215 6,255 1,407 234 9,111