Demokratik İdarəçilik

  • Layihənin məqsədi Azərbaycanda gənc liderlərin qərarların qəbulu və siyasətin formalaşdırılmasında iştirak imkanlarını genişləndirməkdir. Layihə liderlik qabiliyyəti, internet jurnalistikası və natiqlik haqqında təlimlər keçəcək, siyasi debatlar təşkil edəcək və dövlət qulluğu sahəsində çalışan gəncləri təşviq edəcəkdir.

  • Layihənin əsas məqsədi Azərbaycan əhalisinin vahid, etibarlı və anlaşıqlı məlumat bazasını yaratmaqdır. Məlumat bazası vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını, sertifikatların və milli vətəndaşlıq sənədlərinin verilməsini asanlaşdıracaqdır.

  • Layihə BMTİP və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı əsasında qabaqcıq beynəlxalq təcrübəyə uyğun və müasir rabitə və informasiya texnologiyalarından istifadə edilməklə aşağıdakı məqsədlərə nail olunması üçün həyata keçirilir: Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması;

  • Layihə strateji sərhəd idarəçiliyi bacarıqlarını inkişaf etdirməyi: Sərhəd Buraxılış Məntəqələrini də daxil etməklə İnteqrasiyalaşmış Sərhəd İdarəçiliyi ilə əlaqədar prosedur və əməliyyatları inkişaf etdirməyi, pilot fəaliyyətləri vasitəsilə İBM (İnteqrə edilmiş Sərhəd İdarəçiliyi) yanaşmasının faydalarını dəyərləndirməyi, Pilot Sərhəd Buraxılış Məntəqələrinə və digər İBM (İnteqrə edilmiş Sərhəd İdarəçiliyi) şöbələrinə texniki dəstəyin göstərilməsini əsas məqsəd kimi nəzərdə tutmuşdur.

  • Layihə DSMF-nin idarəetmə və texnoloji bacarıqlarını artırmağı, DSMF qərargahı ilə yerli və region filliaları arasında səmərəli rabitəni gücləndirməklə əsas əməliyyat proseslərini və məlumat mübadiləsini avtomatlaşdıraraq Azərbaycanda sosial sığortanın səmərəliliyini, pensiya təminatını inkişaf etdirir.

  • Layihənin məqsədi infranstrukturu inkişaf etdirmək ,prosesləri avtomatlaşdırmaq və kadr hazırlığı vasitəsi ilə Azərbaycanda gömrük xidməti sahələrinin müasirləşdirilməsini dəstəkləməkdir. Layihə Hava Nəqliyyatının Baş Departamentində Hədəf Mərkəzi yaratmağa; Gömrük işçilərinin yeni texnologiya və əməliyyat idarəçiliyindən istifadəsinə və hədəflənən sahədə ən yaxşı təcrübənin tətbiqinə imkan yaradır.

  • Layihənin əsas məqsədi Bakida İnternet İdarəciliyi Forumu (İİF) 2012-nin bütün təşkilati məsələlərinə nəzarət edəcək və onu uğurla idarə etmək potensialına malik İİF 2012 Katibliyini yaratmaqdır.

  • Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyanın insan resursları potensialını gücləndirməkdir. Yeni fəaliyyət qiymətləndirməsi sistemi və etik kodeksin tətbiqi üçün dövlət qulluqçularının mərkəzi və yerli səviyyədə səlahiyyətlərinin artırılması da bu məqsədə daxildir.