Əhalinin Dövlət Reyestrinin Yaradılması

Ümumi Məlumat

 civil status booksVətəndaşlıq vəziyyəti akt kitablarının yenidən bağlanması yeni reyestr yaradılma prosesinin mərhələlərindən biridir

Azərbaycanda Keçmiş Sovet ittifaqının miraslarından biri də əhali haqqında müxtəlif sahələrdə (əhalinin sosial müdafiəsi, seçkilərin keçirilməsi və.s) ətraflı qərar qəbulu üçün lazım olan dəqiq və asanlıqla əldə olunan məlumat bazasının çatışmazlığıdır. Əhali haqqında məlumat çox zaman Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi (və s.) kimi dövlət qurumları arasında səpələnmişdir. Əhalinin mərkəzləşmiş qeydiyyatı yox idi və texniki imkanlar məhdud idi; bütün proseslər əllə yerinə yetirilirdi və bütün avadanlıqların təcili təkmilləşməyə ehtiyacı var idi. 2004 cü ildə “Azərbaycan Əhalisinin Dövlət Reyestrinin yaradılması” haqqında Prezident fərmanı ilə bu cür ciddi məsələ qaldırılmış və icraata götürülmüşdür. Nazirliyin əməliyyatlarını beynəlxalq qeydiyyat və İKT standartlarına uyğun olaraq inkişaf etdirmək üçün 2006 cı ildə BMT İP və Ədliyyə Nazirliyi əməkdaşlığa başlamışdır. Vətəndaşlar,vətəndaşlığı olmayanlar və ölkədə yaşayan xaricilər haqqında şəxsi məlumatları özündə ehtiva edən Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri bu əməkdaşlıq çərçivəsində yaradılmışdır. Dövlət Reyestrinin bütün dövlət mlumatlarını bir şəbəkədə birləşdirən vahid informasiya mənbəyi kimi xidmət göstərməsi nəzərdə tutulmuşdur.Bu cür birlik həm dövlətin, həm də vətəndaşların inkişaf etmiş məlumat sisteminə çıxışına, ictimai sektorun səmərəliliyinə, dövlət qeydlərinin şəffaflığının artırılmasına və Azərbaycanda hal hazırda davam edən elektron idarəçilik islahatlarına kömək etməyə yol açacaqdır.

Layihənin Məqsədləri

Layihə aşağıdakıları məqsədləri var:

         • Azərbaycan əhalisi haqqnda ən yaxşı beynəlxalq təcrübəyə və müasir i informasiya texnologiyalarının istifadəsinə əsaslanan vahid, təfsilatlı və etibarlı məlumat bazası yaratmaq.
          • Hər bir şəxs üçün fərdi və unikal şəxsiyyət nömrəsi vermək.  
          • Əhalinin Dövlət Reyestri vasitəsiylə bütün dövlət məlumat sistemlərini bir şəbəkədə birləşdirərək, ümumxalq İnformasiya Mənbəyi yaratmaq.

Əlavə olaraq, mərkəzləşmiş sistem əhalinin tərkibi və məskunlaşması haqqında məlumatın toplanması, yenilənməsi və lazım olduqda, qorunmasını, miqrasiya, demoqrafiyanın əhatə dairəsi və istiqamətini,həmçinin bu cür məlumatların qanunsuz istifadəsinin qarşısının alınmasını təmin edəcəkdir.

Layihənin Nəticəsi



  • Əhalinin Dövlət Reyestrinin yaradılması üçün Konseptual plan hazırlanmışdır;
  • Əhalinin Dövlət Reyestri xidmətinə cəlb olunmuş ekspertlər üçün təlimlər keçirilmişdir;
  • 15 000 000 yuxarı sayda vətəndaşlıq vəziyyəti aktları elektron formata keçirilmişdir. Kompüter şəbəkələri və digər avadanlıqlar Ədliyyə Nazirliyinin əsas şöbəsində quraşdırılmışdır. Bu işçi stansiyaları , Vətəndaşlıq Vəziyyəti Aktlarının Elektron İnformasiya Bankı şəbəkəsinə qoşulmuşdur. ;
  • “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat məlumat sistemi yaradılmış və daha sonra müxtəlif saytlarda quraşdırılmışdır.

Donorlar

Donorlar

Verilən Məbləğ, ABŞ dolları ilə

Azərbaycan Hökuməti

8,030,000

BMT İP

980,000

Çatdırılma

Maliyyə İli  Ödənişin məbləği, ABŞ dolları ilə
2011 1,322,254

2012