Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin peşəkar və əməliyyat bacarıqlarının inkişafı

Ümumi Məlumat

ASAN
Olivier Adam, BMT-nin Avropa və MDB ölkələri üzrə Regional Direktorunun ASAN Xidmət Mərkəzinə baş çəkərkən (Şəkil: Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi)

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə Azərbaycan idarəçilik inkişafının yeni bir mərhələsinə qədəm qoyur. Vətəndaşlara və hüquqi şəxslərə göstərilən dövlət xidmətlərinin say və keyfiyyəti isə artmaqdadır. Agentliyin yalnız mövcud və planlaşdırılan onlayn xidmətlər təklif edən mərkəzə çevrilməsi deyil, eyni zamanda öz Əsasnaməsinə əsasən həm birbaşa, həm də vasitəçi e-Hökumət vasitələrinin inteqrasiyasını təşkil edən başlıca mexanizm kimi çıxış etməsi gözlənilir.

Ötən onillik ərzində BMTİP dövlət sektorunun səmərəliliyinin, şəffaflığının və hesabatlılığının artırılması məqsədilə bu sektorda İKT-nin tətbiqi üçün zəmin yaradılması işində Azərbaycan Respublikası hökumətinin əsas tərəfdaşlarından biri olmuşdur. BMTİP-in dəstəyinin əsas hissəsini e-xidmətlər təşkil etmişdir. E-hökumət vasitələrinin köməyilə ölkənin dövlət sektoru bacarıqlarının artırılmasında BMTİP-in malik olduğu böyük iş təcrübəsi sayəsində Azərbaycanda çoxsaylı yaxşı təcrübə, fəaliyyət və öyrənilmiş dərslər toplanmışdır. Bu cür təcrübə infrastruktur inkişafının müxtəlif sahələrini, mlumat bazasının yaradılması və məlumatların rəqəmsallaşdırılmasını, İKT-yə əsaslanan biznes proseslərinin yenidən qurulmasını, məlumatların paylaşılmasını və vətəndaşlar, bizneslər, həmçinin digər dövlət qurumlarına yeni e-Hökumət xidmətlərinin təqdim edilməsini əhatə edir.

BMTİP-in 2000-ci ilin əvvəllərindən başlayaraq, ölkədə e-Hökumətin təşviq edilməsində malik olduğu mükəmməl təcrübəsini nəzərə alaraq, bu müraciətin təmin edilməsi e-Hökumət gündəliyinin yeni yetkinlik və faydalılıq səviyyəsinə çatdırılması məqsədilə əvvəlki davamlı dəstəyin təbii davamı kimi çıxış edə bilər.

Layihənin Məqsədi

ASAN_GOAL
BMT-nin Avropa və MDB Ölkələri Regional Bürosu nümayəndə heyəti Bakıda olarkən ASAN Xİdmət Mərkəzinə baş çəkmişdir. (Şəkil: Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi)

Layihənin məqsədi dövlət xidmətlərinin təmin edilməsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin digər dövlət qurumlarının adından və onlarla əməkdaşlıq şəklində çıxış edərək ölkənin aparıcı elektron hökumət qurumu kimi Agentliyə veriən vəzifələri icra etməsi üçün əməliyyat və strateji bacarıqları yaratmaqla bu qurumu dəstəkləməkdir.

Bu layihə çərçivəsində iki fəaliyyət növü dəstəklənəcək. Onlar aşağıdakılardır:

  • Agentliyin effektiv, səmərəli və açıq dövlət qurumu kimi vəzifələrini planlaşdırmaq və yerinə yetirməsi üçün onun əməliyyat və idarəetmə bacarıqlarının qurulması; 

  • Agentliyin a) digər hökumət qurumları, ekspertləri, İKT sənayesi, elmi cəmiyyət, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq yolu ilə siyasətinin formalaşdırılması və icrasında və b) vətəndaşa xidməti nəzərdə tutan çoxkanallı şəkildə birbaşa təmin edilməsində səriştəyə malik aparıcı e-Hökumət orqanı olması üçün onun strateji bacarıqlarını artırmaq

Layihənin Nəticəsi



  • Agentliyin Strateji İdarəetmə Planını hazırlamaq üçün beynəlxalq məsləhətçi cəlb olunmuşdur; 

  • ASAN mərkəzləri tərəfindən təmin edilən xidmətlərlə bağlı vətəndaşların rəyini öyrənmək üçün 4 monitor alınmış və Bakı (Yasamal rayon filialı) və Gəncə şəhərlərində quraşdırılmışdır.

Donorlar

Donorlar Verilən Məbləğ, ABŞ Dolları ilə
BMTİP 100.000

İllər üzrə Ödəmələr

Maliyyə İli  Ödənilən Məbləğ, ABŞ Dolları ilə 
2013
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
İyun, 2013
Təxmini Bitmə Tarixi
May, 2014
Coğrafi Əatə Dairəsi
Bakı və regionlar
Diqqət Sahəsi
Demokratik İdarəçilik
Tərəfdaşlar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Layihə Rəhbəri

Elnur Xəlilov, Layihə Məsləhətçisi, elnur.khalilov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə