”Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestrinin formalaşdirilmasi” üzrə texniki yardim layihəsi

Ümumi Məlumat

Post Sovet İttifaqı ölkələrinə xas bir xüsusiyyət kimi Azərbaycanda da seçkilərin keçirilməsi, sosial müdafiənin təminatı, müasir və asan idarəçilik, dövlət orqanlarının işində şəffaflığın artırılması və korrupsiya hallarının qarşısının alınmasında e-xidmətlərin göstərilməsi və s. kimi sahələrdə siyasətin formalaşdırılması üçün lazımi müasir rabitə və informasiya texnologiyaları çatışmırdı. Bu boşluğun aradan qaldırılması üçün ölkənin inkişaf prioritetlərinə daxil edilmiş İKT sahəsində çoxşahəli tədbirlər nəzərdə tutulmuşdur.

Bu sahədə tətbiq edilən əsas layihələrdən biri ”Azərbaycan Respublikası Əhalinin Dövlət Reyestri Xidmətinin yaradılması” layihəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və BMTİP-in 2006-2012-ci illərdə həyata keçirdiyi birgə layihəsi nəticəsində insanlara müstəsna e-xidmətlərin göstərilməsi üçün beynəlxalq standartlara uyğun əhalinin mühüm məlumat bazası yaradılmışdır. Göstərilən layihənin uğurlu tamamlanmasından sonra Azərbaycan Respublikasının Prezidentinin 12 mart 2007-ci il tarixli “Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestri” üzrə sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestri yaradılmasına qərar verildi. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında 14 dekabr 2012-ci il tarixində yeni birgə layihə imzalandı.

Layihənin Məqsədləri

TLayihə BMTİP və Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı əsasında qabaqcıq beynəlxalq təcrübəyə uyğun və müasir rabitə və informasiya texnologiyalarından istifadə edilməklə aşağıdakı məqsədlərə nail olunması üçün həyata keçirilir:

  • Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması; 
  • elektron xidmətlərin göstərilməsi zamanı əhaliyə məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddətdə müəyyənləşdirilməsi və hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsinin qarşısının alınması; 
  • hüquqi qüvvəsini itirmiş sənədlərin hüquqi qüvvəsinin itirilməsinin səbəblərinin vahid elektron qeydiyyatı vasitəsilə qanunsuz istifadəsinin qarşısının alınması; 
  • ümumilikdə, əhaliyə göstərilən dövlət orqanlarının xidmətlərinin təkmilləşdirilməsi və e-xidmətlər sisteminə keçidin surətləndirilməsi.

Əldə olunan Nəticələr



  • “Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin fəaliyyətini təmin edən xüsusi proqram təminatının ilkin pilot versiyası tərtib edilməkdədir; 
  • “Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri”nin müasir tələblərə, satınalma qaydalarına, eləcə də server təminatının müasirləşdirilməsi üçün lazımi proqram və lisenziyaya uyğun formalaşdırılması məqsədilə 2008-ci ildə satın alınmış server avadanlığının texniki ekspertizası keçirilmiş və təkliflər hazırlanmışdır; 
  • “Qüvvədən düşmüş sənədlərin Dövlət Reyestri”nin daxili rabitə infrastrukturunun yaradılması prosesində davamlı və dayanıqlı şəbəkə strukturunun idarəçiliyi üçün informasiya sisteminin avtomatlaşdırılmış qeydiyyatı, eləcə də onun başlıca məlumat mənbələri olan “Əhalinin Dövlət Reyestri” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış sistemləri və müvafiq dövlət agentlikləri olan məlumat təminatçıları ilə qarşılıqlı inteqrasiyasını təşkil etmək üçün İT mütəxəssisi cəlb edilmiş və uyğun proqram modulları üzrə məsləhətlər verilmişdir.

Donorlar

Donorlar Verilən məbləğ, ABŞ dolları ilə
BMTİP 250 000
Hökumət 2 000 000

İllər üzrə Ödəniş

Maliyyə ili  Çatdırılmanın Məbləği, ABŞ dolları ilə
2013 290 040 
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Dekabr, 2012-ci il
Layihənin Son Tarixi
İyun, 2014-cü il
Coğrafi əhatə dairəsi
Ölkə üzrə
Diqqət sahəsi
Demokratik İdarəçilik
Layihə Rəhbəri

Elnur Xəlilov, Proqram Məsləhətçisi, elnur.khalilov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə