Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı

Ümumi Məlumat

NAMA
EKO-PARK AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT NEFT ŞIRKƏTI (ARDNŞ) TƏRƏFINDƏN YARADILMŞDIR

Azərbaycanın surətlə inkişaf edən, iqtisadiyyatı neft və qaz yönümlü bir ölkədir. İqlim dəyişikliyinə dair BMT Çərçivə Konvensiyasına (UNFCC) verilən 2-ci Milli Məlumata əsasən, 2005-ci ildə Azərbaycanda istixana qazının illik karbon emissiya (tullantı) göstəricisi 50.6 milyon ton olmuşdur. Bunun ən böyük hissəsi 31.3 milyon ton karbondioksid və ya 50%-dən çox enerji sektorunun (neft və qaz)payına düşür. Neft və qazdan milli illik istifadədə 90%-i nəqliyyat və yaşayış sahələrinin payına düşməklə hazırda 5.2 milyon ton təşkil edir. Azərbaycanın enerji intensivliyi (0.71 t/dollar) dünya göstəricisindən iki dəfə (0.3 t/dollar) və ATƏT ölkələrinin enerji intensivliyi göstəricisindən (0.18 t/dollar) isə təxminən 4 dəfə çoxdur. Buna görə də, neft və qaz sənayesinin istifadəsinin səmərəliliyini artırmaq və istixana tullantılarını azaltmaq mümkündür.

Bu məqsədlə , BMTİP-in Azərbaycan Nümayəndəliyi Qlobal Ətraf Mühitin Mühafizəsi Fonduna (GEF) Azərbaycanda tükənən resurs sahələrində (neft və qaz) aşağı-karbonlu istifadə üçün Milli Vəziyyətə Uyğun Müvafiq Azaltma Tədbirləri ilə bağlı təklifləri irəli sürmüş və layihəni təsdiqləmişdir. Nəticədə, 100.000 ABŞ dolları həcmində ilkin maliyyə vəsaiti ayrılmışdır. Bu vəsaitdən istifadə edərək, BMTİP-in Azərbaycan Nümayəndəliyi ARDNŞ və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ümumi büdcəsi 3 670 000 ABŞ dolları məbləğində olan Layihənin sənədi üzərində hazırlıqlara başlamışdır.

İqlim dəyişikliyinə dair BMT Çərçivə Konvensiyasına (UNFCC) veriləcək 3-cü Milli Məlumatının əsas məqsədi milli səviyyədə ehtiyat sahələrinə yönəldiyi halda, bu layihə alt-sektor istixana avadanlıqları (elektrik generasiyası,istilik generasiyası, binalar, şəhər nəqliyyatı), müəyyənləşmiş alt-sektorlar üçün ətraflı ssenari və əsas alt-sektorlar üçün isə yenilənən enerji və enerji səmərəliliyinin istifadəsi ilə alternativ aşağı-karbonlu həll üsulları hazırlamaqdır.

Layihənin Məqsədləri

NAMA
Greenhouse in Eco-park established by SOCAR
  • Enerji/istixana qaz tullantıları avadanlıqlarının hazırlığı, əsas problemlərin müəyyən olunması və azaltmaya doğru hədəflər; 
  • Eletrik generasiyası, bina və nəqliyyatda ilkin olmaq şərtilə, neft və qaz sektorunda tullantıların azalma fəaliyyətinin davam etdirilməsi; 
  • Neft və qaz sektorunda Milli Vəziyyətə Uyğun müvafiq azaltma tədbirlərindən istifadə; 
  • Ölçmə, Hesabat və Təsdiqləmə sisteminin, eləcə də enerji və digər tükənən resurslu sahələrdə tullantıların azaldılması tədbirləri üçün milli reyestrin yaradılması və istifadəsi.

Layihənin Uğurları



  • Layihə üzərində çalışmaq üçün beynəlxalq və yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Xarici mütəxəssislərin ilkin araşdırma missiyası Azərbaycana ezam olunmuşdur; 
  • Azərbaycanda tükənən resursların istifadə olunduğu sahələr- elektrik generasiyası, binalar və nəqliyyat haqqında ilkin məlumat toplanmışdır; 
  • Milli Vəziyyətə Uyğun Müvafiq Azaltma fəaliyyəti nə aid ilkin ideyalar təhlil olunmuş və tullantıların azaldılmasında ən yaxşı ideyalar seçilmişdir; 
  • Layihə Sənədi üzərində işə başlanılmışdır.

Donorlar

Donor Verilən Məbləğ, ABÇ dolları ilə
GEF 100 000

İllər üzrə çatdırılma

Maliyyə İli Ödənilən məbləğ, ABŞ dolları ilə
2013 70 500
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
İyun, 2013
Təxmini Son Tarix
Aprel, 2014
Coğrafi Əhatə Dairəsi
Ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin davamlılığını təmin etmək
Project Officer

Çingiz Məmmədov, Baş Proqram Məsləhətçisi, chingiz.mammadov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə