İnsan İnkişafı Kurslarının tədrisi

Ümumi Məlumat

HD Trainingİnsan İnkişafı üzrə müəllimlərə Yay Məktəbi

Zəngin Neft ölkəsi olan Azərbaycan insan potensialına sərmayə qoymaqla (və ya qara qızılı insan qızılına çevirməklə) öz sərvətini sosial-iqtisadi inkişafı artımına sərf etmək niyyətindədir. İnsan İnkişafı ətraflı düşüncə və siyasətin təhlili və hazırlanmasında insanların seçimi,hüquqları və imkanlarına daha çox diqqət verilməsini tələb etdiyinə görə onun prinsip və metodları bu gün Azərbaycanın uzun müddətli inkişafı üçün əhəmiyyətli hesab olunur. Cəmiyyətdə bərabər inkişafı təmin etməklə həmçinin bu konsepsiyanın ən yaxşı hazırlanmış və gələcək motivasiyalı tədqiqatçılar qrupu, dövlət və biznes idarəçiləri arasında dayanıqlı inkişafı tələb edir. Bununla əlaqədar müvafiq bilik bazasını ölkə üzrə genişləndirmək üçün Azərbaycanda insan inkişafı tədrisi sahəsinə xüsusi ehtiyac var.

Layihənin Məqsədləri

Layihənin ümumi məqsədi Azərbaycanda dayanıqlı inkişafın konsepsiya və prinsiplərini təkmilləşdirməkdir. Yuxarı kurs tələbələri,tədqiqatçılar, analitikləri və dövlət rəsmilərinə insan inkişafı konsepsiyasını tədris etmək üçün yerli universitetlərin potensialını artırmaq başlıca yanaşmadır. Əsas hədəf iştirakçıları aparıcı akademik qurumlar,araşdırma mərkəzləri, KİV və Azərbaycanın siyasətçiləridir.

Layihə Nəticələri



  • İnsan İnkişafı Kursu 2012 ci ilin yaz semestrində bu mövzunu yuxarı kursda oxuyan bir qrup iqtisadiyyat və maliyyə idarəçiliyi  istisasları tələbələrinə tədris etməklə Azərbaycan Dövlət İqtisad Universitetində təqdim olunmuşdur. Kurs tələbələrə iqtisadi kateqoriyalardan kənara çıxaraq ətraf mühit,demoqrafiya,səhiyyə,təhsil,əmək bazarları,idarəçilik kimi müxtəlif sosial-iqtisadi sahələrdə insan məsələlərini dəyərləndirməyə imkan yaratması baxımından müvəffəqiyyətli olmuşdur.

  • Ölkədə ilk insan inkişafı məlumat mübadilə mərkəzi kimi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnsan İnkişafı Resurs Mərkəzi yaradılmışdır.

Donorlar

2011 -2013

Donor

Verilən məbləğ, ABŞ dolları ilə

BMT İP

301,424

İllər üzrə ödəmələr

Maliyyə İli  Ödəmələrin məbləği, ABŞ dolları ilə 
2011 63,424
2012