Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi

  • Bu layihənin məqsədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kənd və rayon yerlərində qadınların iqtisadi, ictimai həyatda iştirakını genişləndirməyə yönəlmiş fəaliyyətini dəstəkləməkdir. Layihə həmçinin faktik siyasət formalaşdırilması üçün keyfiyyətli məlumatların verilməsində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi heyətinin bacarıqlarını da artırır.

  • BMT İP Lider Qadınlar İctimai Birliyi ilə birlikdə Azərbaycan Dövlət Pedoqoji Unversitetində Genderşünaslıq və Tədqiqat Mərkəzi yaratmışdır. Mərkəz məqsədi onun məzunları arasında gender məsələlərinin həssas tərəflərini və münasibətlərini təşviq etmək və onlar vasitəsi ilə bu bilgini məktəblərə yaymaqdır. Layihə həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Azərbaycandan xaricdə immiqrant həyat yoldaşlarının vəziyyəti barədə sorğu aparmaq aparmışdır.

  • Gender bərabərliyinə nail olmaq BMT-nin ən vacib məqsədlərindən biri olmaqla yanaşı tam insan inkişafına nail olmaq üçün də zəruri ilkin şərt hesab olunur. Gender bərabərliyi cinsindən asılı olmayaraq fərdi ictimai inkişafın mərkəzində görür, eləcə də demoktratikləşmə və millətin dayanıqlı inkişafı yolunda irəliliyişə imkan yaradır. Qanun çərçivəsi və Azərbaycan Hökümətinin apardığı siyasət qadınların öz hüquqlarından istifadə etmək və cəmiyyətdəki mövqelərini gücləndirməsi üçün əlverişli şərait yaradır.