Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi

  • Kənd/Rayon yerlərində yaşayan Qadınlara Səlahiyyətin Verilməsi

    Bu layihənin məqsədi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kənd və rayon yerlərində qadınların iqtisadi, ictimai həyatda iştirakını genişləndirməyə yönəlmiş fəaliyyətini dəstəkləməkdir. Layihə həmçinin faktik siyasət formalaşdırilması üçün keyfiyyətli məlumatların verilməsində Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi heyətinin bacarıqlarını da artırır.

  • Gender Tədqiqatının Dəstəklənməsi

    BMT İP Lider Qadınlar İctimai Birliyi ilə birlikdə Azərbaycan Dövlət Pedoqoji Unversitetində Genderşünaslıq və Tədqiqat Mərkəzi yaratmışdır. Mərkəz məqsədi onun məzunları arasında gender məsələlərinin həssas tərəflərini və münasibətlərini təşviq etmək və onlar vasitəsi ilə bu bilgini məktəblərə yaymaqdır. Layihə həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Azərbaycandan xaricdə immiqrant həyat yoldaşlarının vəziyyəti barədə sorğu aparmaq aparmışdır.

  • Kənd/Rayon Qadınlarının Sosial və Iqtisadi həyatda Iştirakının Təşviqi

    Gender bərabərliyinə nail olmaq BMT-nin ən vacib məqsədlərindən biri olmaqla yanaşı tam insan inkişafına nail olmaq üçün də zəruri ilkin şərt hesab olunur. Gender bərabərliyi cinsindən asılı olmayaraq fərdi ictimai inkişafın mərkəzində görür, eləcə də demoktratikləşmə və millətin dayanıqlı inkişafı yolunda irəliliyişə imkan yaradır. Qanun çərçivəsi və Azərbaycan Hökümətinin apardığı siyasət qadınların öz hüquqlarından istifadə etmək və cəmiyyətdəki mövqelərini gücləndirməsi üçün əlverişli şərait yaradır.

Bizim işimiz – Qadınların Səlahiyyətlərinin genişləndirilməsi

BMT İP qadınlara sosial iqtisadi həyatda iştirak etmək imkanı verən gender proqramını dəstəkləyir və gender-həssas siyasətlərini inkişaf etdirmək üçün dövlət qurumlarının potensialını gücləndirir.Proqramın bir hissəsi kimi BMT İP Qadınların Hüquqlarının icrasına mane olan stereotiplərin və sosial-mədəni təcrübənin öhdəsindən gəlmək üçün məlumatlandırma kampanyaları təşkil edir. Son olaraq Qadın problemlərini müəyyən etmək və onları aradan qaldırma yolları tövsiyyə etmək üçün BMT İP öz tədqiqatlarına gender ölçülərini daxil etməyə çalışır.

MORE ABOUT WOMEN´S EMPOWERMENT