Kənd/Rayon Qadınlarının Sosial və Iqtisadi Həyatda İştirakının Təşviqi

Ümumi Məlumat

rural
BMTİP Rezident Nümayəndəsi, Cənab Antonius Bruk və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin imzalama mərasimində

Gender bərabərliyinə nail olmaq BMT-nin ən vacib məqsədlərindən biri olmaqla yanaşı tam insan inkişafına nail olmaq üçün də zəruri ilkin şərt hesab olunur. Gender bərabərliyi cinsindən asılı olmayaraq fərdi ictimai inkişafın mərkəzində görür, eləcə də demoktratikləşmə və millətin dayanıqlı inkişafı yolunda irəliliyişə imkan yaradır. Qanun çərçivəsi və Azərbaycan Hökümətinin apardığı siyasət qadınların öz hüquqlarından istifadə etmək və cəmiyyətdəki mövqelərini gücləndirməsi üçün əlverişli şərait yaradır. Azərbaycan müstəqillik əldə etdikdən bəri qadın hüquqlarının qorunması haqqında demək olar ki, bütün mühüm beynəlxalq sənədləri tanımışdır. Lakin, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericilik aktları və onların tətbiqi arasında boşluq vardır. Qadın və kişilərin iqtisadi, sosial və siyasi sahədə iştirak səviyyəsində müşahidə edilən bərabərsizliklər əsasən qadınların ailə və ictimai roluna olan patriarxal münasibət və sterotiplərlə izah edilir. Bu da hüquqi müddəaların istifadəsinə böyük maneə törədir və qadınların ictimai həyatda, əmək bazarında və digər sahələrdə əlverişsiz mövqelərinə səbəb olur.

Bu layihə qadın və qız uşaqlarının iqtisadi hüquq və imkanları, eləcə də qadın sahibkarlığına sərmayələrin təşviqi özündə əks etdirən 2008-2013-cü illər üzrə BMTİP-nin Gender Bərabərliyi Strategiyasının əsas müddəaları əsasında tərtib olunmuşdur.

Layihə Kənd və Rayon qadınlarının sosial və iqtisadi həyatda iştiraknın inkişafı üzrə Təşəbbüs Planı çərçivəsində tədqiqat, əlaqələrin genişləndirilməsi və resursların inkişafı vasitəsilə həyata keçirilir.

Təşəbbüs Planının bir hissəsi olaraq, kənd və rayon yerlərində yaşayan qadınların ehtiyac və problemlərinin araşdırılıb dəyərləndirilməsi layihə üçün pilot ərazi olan Sabirabadın kənd və sub-urban ərazilərində yaşayan qadınların yaşayış şəraiti, problemləri və istəkləri barədə layihəni vacib məlumatlarla təmin edir.

Layihənin Məqsədləri

Layihənin məqsədi kənd qadınlarının iqtisadi və sosial həyatda iştirakını artırmaqla Qadınlara Münasibətdə Ayrı Seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsinin (CEDAW) tövsiyyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini milli islahatların həyata keçirilməsində dəstəkləməkdir. BMTİP qadınların iqtisadi və icma həyatında iştirakın inkişafı yolu ilə həmin Dövlət Komitəsinin fəaliyyətlərini dəstəkləyir. Burada əsas diqqət kənd yerlərinə və həmçinin sübutlara əsaslanan siyasət formalaşdırmaq üçün keyfiyyətli məlumat bazası yaratmaqda Dövlət Komitəsi heyətinin bacarıqların inkişafına yönəldilmişdir.

Layihənin xüsusi məqsədlərinə aşağıdakılar daxildir:

  • İqtisadi fəaliyyəti artırmaq istəyən kənd və rayon qadınlarının əlaqələrin qurulması, eləcə də bilik və bacarıqların inkişafı vasitəsilə dəstəklənməsi; 
  • Kənd və rayon qadınlarının yaşadıqları icmalarda qərar vermə proseslərində iştirakının inkişafı; 
  • Özəl sektorun (banklar,özəl şirkətlər və qeyri-bank kredit qurumları) kən\rayon qadınlarının maraq və ehtiyaclarına daha həssas yanaşması; 
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kənd və rayon qadınlarının ehtiyaclarının qarşılanması üçün imkanlarının genişləndirilməsi.

Layihənin Uğurları



  • Layihə İdarəetmə Qrupu yaradılmışdır.

Donorlar

Donorlar Verilən Məbləğ, ABŞ dolları ilə
BMTİP 158 500

Çatdırılma

Maliyyə İli Çatdırılma Məbləği, ABŞ dolları ilə 
2013
2014
Qısa Məlumat
Layihənin Statusu
Cari
Layihənin Başlanma Tarixi
İyul, 2013
Layihənin Başlanma Tarixi
Dekabr, 2014
Coğrafi Əhatə Dairəsi
Bakı və Sabirabad regionu
Diqqət Sahəsi
Qadınlara Səlahiyyətin Verilməsi
MİM
MİM 3: Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyət vermək
Layihə Rəhbəri

Leyla Fəthi, Proqram Əlaqələndiricisi,leyla.fathi@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə