Hiyləgərlik Xəbərdarlığı

BMT-nin İnkişaf Proqramı iş qəbulunun heç bir mərhələsində göstərdiyi xidmətlərə görə ödəniş qəbul etmir (sənəd qəbulu, müsahibə, işə qəbul zamanı, təlim, visa və ya digər ödənişlər) . http://jobs.undp.org saytına daxıl olun və Vakansiyalar bölməsinə baxmaqla BMTİP-də iş imkanları ilə tanış olun.

BMT-nin İnkişaf Proqramı satınalma prosesinin heç bir mərhələsində ödəniş qəbul etmir (təchizatçı qeydiyyatı, namizədliyin irəli sürülməsi və digər ödənişlər) http://procurement-notices.undp.org/ saytına daxil olun və BMTP ilə son biznes imkanları ilə tanış olun.

BMTİP satınalma / iş qəbulu prosesininin heç bir mərhələsində bank çekləri, Monet Grams, Western Union və ya digər pul köçürmələrini tələb etmir və ya vermir.

BMTİP satıcı kimi rəsmi qeydiyyatdan əvvəl bank hesabları və digət şəxsi məlumatlarla bağlı hər hansı bir məlumatı tələb etmir və ya istəmir.

BMTİP e-mail, mail və ya faks vasitəsilə hər hansı bir hədiyyə, mükafat, pul məbləği, sertifikat, təqaüd təqdim etmir və ya loteriya (uduş) həyata keçirmiş

Biz iş üçün sənəd verən və ya satınalma ilə məşğul olanlara bu xəbərdarlığı nəzərə almaqlarını tövsiyyə edirik.

Bu cür saxtakarlıq danışıqlarında iştirak etməklə pul köçürmələri və ya şəxsi məlumatların mübadiləsi sonunda maliyyə və şəxsiyyət vəsiqəsinin itgisinə səbəb ola bilər. BMT-nin İnkişaf Proqramı bü cür itgi və ya oğurluq hallarına görə məsuliyyət daşımır.

Hiyləgərlik hallarının qurbanları bu cür halları ilə bağlı yerli hüquq mühafizə orqanlarına müvafiq tədbirlərin görülməsi üçün müraciət edə bilər.

BMTİP-in Azərbaycan Nümayəndəliyi ilə Əlaqə
Ünvan: 3, BMT-nin 50 illiyi küçəsi., Bakı AZ 1001, Azərbaycan Telefon: (+99412) 4989888
Email:office@un-az.org Email:registry.az@undp.org Faks: (+99412) 4922491
Rezident Əlaqələndiricisinin İllik Hesabatı
2012 BMT Rezident Əlaqələndiricisinin Hesabatı

Bu sənəd Azərbaycandakı BMT Sisteminin BMT-nin İnkişafa Yardım üzrə Çərçivə sənədində 2013-cü il üçün nəzərdə tutulan nəticələrə nail olması yolunda fəaliyyətini əks etdirir

Ardı