BMT-nin İnkişaf Proqramı və BMT Sistemi

BMT Baş Assambleyası tərəfindən verilən mandata uyğun olaraq, qlobal səviyyədə BMT-nin Inkişaf Proqramı həm inkişaf partnyoru kimi, həm də Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisi sisteminin rəhbəri kimi ikili rol oynayır.

Rezident Əlaqələndiricisi sistemi inkişaf üçün əməliyyat fəaliyyəti ilə məşğul olmaqla BMT-nin bütün təşkilatlarını özündə birləşdirir. O, müxtəlif BMT agentliklərinin ölkə səviyyəsində əməliyyatar fəaliyininiin səmərəliliyini və effektivliyini təşkil etmək üçün birləşdirir. BMT-nin İnkişaf Proqramı tərəfindən idarə olunan Rezident Əlaqələrindiriciləri 160-dan çox ölkədə BMT-nin Ölkə üzrə İdarə Heyətinə (BMT Agentliklərinin başçılarından ibarət idarə heyəti) başçılıq edirlər və BMT Baş Katibinin inkişaf üçün təyin edilmiş nümayəndələridirlər. Milli hökumətlərlə yaxından əməkdaşlıq edərək Rezident Əlaqələndiriciləri və BMT İdarə Heyəti ümum-BMT ailəsinin dəstək və rəhbərliyi ilə BMT-nin maraq və mandatını müdafiə edirlər.

Bir çox proqram ölkələrində olduğu kimi Azərbaycanda da BMT Rezident Nümayəndəsi BMT sisteminin Rezident Əlaqələndiricisi və BMT İDarə Heyətinin rəhbəri vəzifəsini həyata keçirir. Rezident Əlaqələndiricisi birbaşa olaraq BMT-nin İnkişaf Proqramı tərəfindən idarə olunan Rezident Əlaqələndiricisi Ofisi tərəfindən dəstəklənir.

BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş yardımının milli inkişaf gündəliyinə uyöunluğunu təmin etmək üçün BMT İdarə Heyəti hər beş ildən bir Birləşmiş Millətlər Təşkilatının BMT‐nin İnkişafa Yardım üzrə Çərçivə sənədi (UNDAF) adlı birgə yardım strategiyasını formalaşdırırlar. 2011-2015-ci illər üçün yeni UNDAF sənədi 1 aynvar 2011-ci il tarixində Azərbaycanda həyata keçirilməkdədir.

UNDAF sənədi “2008 - 2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının prioritetləri üzərində formalaşmış və Azərbaycanın 2015-ci il hədəf ilinə qədər Minilliyin İnkişaf Məqsədlərinə (MİM-lər) nail olmasını çox dəstəkləyir.

UNDAF sənədi çərçivəsi BMT İdarə Heyətinin sahələr üzrə kollektiv prioritetləri olan üç xüsusi nəticədən ibarətdir:

İqtisadi İnkişaf: BMT Sistemi layiqli iş imkanlarının genişlənməsi və yaşayış standartları və məşğulluq sahəsində regional fərqliliyin aradan qaldırılmasında başlıca rol oynayan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyəcəkdir. BMT həmçinin ətraf mühitin dayanıqlılığı strategiyalarını təşviq edəvək və ekoloji həssas əhalinin iqlim dəyişikliyi təsirəlrinə qarşı gücləndirəcəkdir.

Sosial İnkişaf: BMT Sistemi yaşlı əhali qrupu, aşağı gəlirli ailələr və aztəminatlı əhalinin səmərəli social müdafiəsi sistemi, eləcə də səhiyyə və təhsilin keyfiyyəti və onlara bərabər çıxışın təminatının inkişafını dstəkləyəcəklər.

Hökumət: BMT Sistemi Azərbaycanı hər kəsin hüquqlarını qanuni müdafisədini təmin etməsi üçün əsas şərt olan məsuliyyətli məhkəmə sistemi tərəfindən verilən, müvafiq qanunlarla tənzim olunan, yüksək ixtisaslı mütəxəsssislər heyətindən ibarət, daha şəffaf və hesabatlı dövlət institutlarının yaradılmasında dəstək verəcəkdir.

UNDAF sənədi qadinların inkişafı və fəlakət risklərinin aradan qaldırılması kimi xüsusi ehtiyacları kəsişən mövzular kimi özündə vurğulamışdır.

2011-2015-ci illər üçün BMTİP-nin Ölkə Proqramı yuxarıda gpstərilən nəticələr əsasında formalaşmış və UNDAF sənədinin həyata keçirilməsinə öz töhfələrini verir

BMT-nin ölkədəki agentlikləri