Böhranların qarşısının alınması və bərpa

Ümumi Məlumat

Bir çox ölkələr onilliklərlə qurulmuş inkişafı dayandıran, eləcə də yoxsulluq və qeyri-bərabərliyə şərait yaradan amansız münaqişələr və ya təbii fəlakətlərə qarşı mübarizə aparmaqda olduqca gücsüzdürlər. Azərbaycan hələ də Dağlıq Qarabağ münaqişəsinin nəticələrini yaşamaqdadır və iqlim dəyişikliyi nəticəsində güclənmiş təbii fəlakətlərə getdikcə daha çox məruz qalmaqdadır. Bilik və məlumat şəbəkəsi vasitəsilə BMT-nin İnkişaf Proqramı fəlakət risklərinin azaldılmasına aid innovativ yanaşmaları bölüşür, iqlim dəyişikliyinə qarşı icmaların davamlılığını gücləndirir və ölkəni münaqişə sonrası yenidənqurma səylərində dəstəkləyirArdı

Məqsədlərimiz

BMT-nin İnkişaf Proqramı münaqişənin birbaşa nəticəsi olan mina və partlamamış sursatlardan torpaqarı təmizləmək və sel və ya subasma kimi fəlakətlərə səbəb olan iqlim dəyişikliyinin idarəolunmasında müvafiq bacarıqların inkişafı üçün ölkəyə yardım etməyə cəhd edir. Ardı

image
Minatəmizləmə Əməliyyatları

Azərbaycan münaqişədən qalan mina və partlayıcı qurğuların təmizlənməsi məqsədilə beynəlxalq səviyyədə tanınan agentlik yaratmışdır. Ardı

Uğur Hekayələrimiz

Layihələrə və Təşəbbüslər

water stressed valley

İqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması

Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramı su və sel idarəçiliyi sistemlərinin təkmilləşdirilməsi, Azərbaycanda xüsusilə Böyük Qafqazın həssas dağ icmalarında iqlim dəyişikliyi nəticəsində yaranan daşqın və subasmaların təsirlərini azaltmaq üçün birgə əməkdaşlıq edirlər. Ardı

Bütün Layihələrinə Bax