Həyatların Xilası üçün Minaların Təmizlənməsi

mine dogs
Minaları aşkarlayan itlər, ANAMA

Minaların yerləşdirilməsi asan olsa da, onların təmizlənməsi olduqca çətindir. Torpağa yerləşdirildikdən sonra insanlar mina ilə çirkli olan torpaqları işlətmədikdə onlar insan həyatı və yaşayışı üçün təhdidə çevrilirlər. Azərbaycan münaqişədən sonra minaların təmizlənməsi ilə mübarizə aparan bir çox ölkələrdən biridir. Mina probleminin kökləri 25 il bundan əvvələ - 1988-ci ildə Dağlıq Qarabağ muxtar respublikası uğrunda Ermənistanla başlamış müharibəyə gedib çıxır.

Əsas Məqamlar

  • 1999-cu ildən ANAMA 665 000 mina və partlayıcı silahları zərərsizləşdirməklə 186 kvadrat kilometr ərazini minalardan təmizləmişdir.
  • Münaqişə nəticəsində köçkün düşmüş 160 000-dən çox insan yenidən öz torpaqlarına qaytarılmışdır
  • Mina riskləri üzrə təhsil proqramları məktəblərdə 50 000-dən çox məktəbliyə tədris edilmişdir.
  • ANAMA öz mina təmizləmə proqramları ilə digər ölkələrə yardım etmişdir
  • Mina təmizləmə işlərinin hansı torpaqlarda aparılmasına üstünlük verilməsi insanların həmin torpaqlardan yenidən istifadə etmələri və onların məşğulluğu ilə birbaşa asılıdır.

1988-ci ildə Hökumət BMT-nin İnkişaf Proqramını xüsusilə insan həyatı üçün təhlükəli ərazilərdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirmək səlahiyyəti alacaq bir qeyri-hərbi agentlik - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılmasına yardım etmək üçün müraciət etmişdir. BMT-nin İnkişaf Proqramı ANAMA heyətinə minalı ərazilərin müəyyənləşdirilməsi üzrə sorğuların keçirilməsi, partlayıcıları ayırmaq və hadisədən xilas olunanların dəstəklənməsi kimi mina fəaliyyətinin bütün tərəfləri haqqında təlim keçməsi üçün beynəlxalq ekspertləri gətirmişdir. İlk vaxtlarda agentliyin dəstək qazanması üçün resursların səfərbər edilməsi və beynəlxalq tərəfdaşlarla sövdələşməkdə yardım da edilirdi; 2003-ci ilə qədər artıq agentlik müstəqil fəaliyyət göstərməsi üçün hazır idi. 2004-cü ilədək artıq ANAMA öz heyətinin təcrübəsindən istifadə etmək qabiliyyətində idi.

BMT-nin İnkişaf Proqramının ANAMA-nı dəstəkləməsi minatəmizləmənin sosial iqtisadi təsirlərini nə qədər əhəmiyyətli olmasını dəfələrlə vurğulamışdır. Mina riskləri təhsili proqramları məktəbdə 50 000 uşaq arasında keçirilmişdir. Səhiyyə və əmək nazirlikləri mina partlayışından sağ qalan insanlara tibbi yardım və psixoloji reabilitasiya (bərpa) xidməti göstərirlər. ANAMA mina qurbanlarının və onların ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün mikro kreditlərin verilməsi təşəbbüsünü irəli sürmüş və xalça toxumaq kimi yeni bacarıqların inkişaf etdirilməsi təşəbbüslərini nəzərdən keçirirdi.

Mina təmizləmə işlərinin hansı torpaqlarda aparılmasına üstünlük verilməsi insanların həmin torpaqlardan yenidən istifadə etmələri və onları məşğulluğundan asılıdır. Misal üçün Alxanlı rayonunda yerli çayın sahillərinin minalardan təmizlənməsi fermerlərə taxıl sahələrinin həmin çayın suyu ilə suvarmasına imkan yaratdı. Suvarma imkanları hər il 500 ton taxıl istehsal etmək qabiliyyətinə malik 250 hektar sahəyə qədər genişləndirildi.

BMT-nin İnkişaf Proqramı mina fəaliyyətinin on illiklərlə davam edəcəyini nəzərə alaraq Azərbaycanın bu sahədə öz milli institutunu yaratması səylərinə dəstək vermişdir. ANAMA kiçik bir təşkilatdan tam təminatlı mina təmizləmə, risklər üzrə təhsil verən və qurbanlara yardım göstərən bir təşkilata çevrilmişdir. 1999-cu ildən ANAMA 665 000 mina və partlayıcı silahları zərərsizləşdirməklə 186 kvadrat kilometr ərazini minalardan təmizləmişdir. Nəticədə, 160 000-dan çox köçkün yenidən öz torpaqlarında məskunlaşdırılmışdır.

Zobcuq kəndinin sakini Fəxrəddin Məhərrəmov təmizləmə işlərinə qədər köçkünlər üçün salınan şəhərcikdə yaşamış və artıq oz təhlükəsiz torpaqlarına geri dönmüşdür. “Biz sağ-salamat qayıtmağımız və qorxusuz tarlalarda işlədiyimiz üçün çox xoşbəxtik” – o dedi.

Bugün Azərbaycan uğurlu təcrübə üzrə biliklərin ikitərəfli mübadiləsini gücləndirməklə mina fəaliyyəti ilə məşğul olan çoxsaylı beynəlxalq institutlarla əməkdaşlıq edir. ANAMA mina fəaliyyəti üzrə milli proqramları ilə Gürcüstan, Türkiyə və Əfqanıstan kimi digər ölkələri bu sahədə dəstəkləyir. Hələ də bir çox ölkələrin minalardan xilas olmaq ehtiyacını nəzərə alsaq, Azərbaycanın bu sahədə uğuru onun sərhədlərindən kənarda hələ çox danışılacaqdır.