Dayanıqlı İnkişaf

Qısa Məlumat

Dayanıqlı İnkişaf proqramı işsizlərə müvafiq təcrübə və resurslar təklif etməklə insanların həyatının yaxşılaşdırılmasında, dayanıqlı inkişaf üçün özəl sektorla əməkdaşlığın qurulmasında, ekoloji idarəçiliyin təkmilləşdirilməsi və iqlim dəyişikliyi təsirlərinin azadılmasında Azərbaycana dəstək göstərir. Bu proqramın bir hissəsi kimi BMT-nin İnkişaf Proqramı universitetlərdə İnsan İnkişafı Kursunun tədrisi vasitəsilə cavan insanların inkişaf məsələləri haqqında biliklərini zənginləşdirir.

Məqsədlərimiz

BMT-nin İnkişaf Proqramı məqsədi dayanıqlı insan inkişafında nailiyyətlərin əldə olunması üçün ölkə bacarıqlarını gücləndirməkdir. Bizim məqsədimiz cari və gələcək iqtisadi artımın ətraf mühit və təbii sərvətlərə müsbət təsir etməsini təmin etməklə, layiqli iş imkanlarının inkişaf etdirilməsi üçün iqtisadiyyatın şəxaləndirilməsini təşviq etməkdir. more

image
Həddindən çox otlama otlaq sahələrinə təhlükə yaradır

BMT-nin İnkişaf Proqramı Böyük Qafqaz dağlarında yaşayan çobanlara daha dayanıqlı təcrübələrin təqdim edilməsində yardım edir (Şəkil: Aqne Limante) Ardı

Uğur Hekayələrimiz

Layihə və Təşəbbüslər

Bərpa Olunan Enerji İnkişafının Təşviqi

BMT-nin İnkişaf Proqramı qanunvericilikdə və iqtisadiyyatda dayanıqlı enerjinin inkişafındakı problemləri həll etmək və ümumi heyətin işini gücləndirmək üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə yardım edir. Ardı

Bütün Layihələr Bax