Azərbaycanda Gənclərin Məşğulluğunun Təşviqi

syslab
Keçmiş SYSLAB məzunu Vüqar Cəfərov hazırda Sumqayıt ASAN mərkəzinin direktoru vəzifəsini icra edir.

Sumqayıt şəhərində yeni açılmış ASAN Xidmət Mərkəzinin direktoru gənc dövlət qulluqçusu Vüqar Cəfərovdur. O, Azərbaycanda uğurlu karyera yolu quran nümunəvi gənclərdəndir. Lakin, bir neçə il öncə yəqin ki o, belə sürətli karyera yüksəlişinə inana bilməzdi.

Vüqar Cəfərov BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SYSLAB təşkilatı arasındakı birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən ''Azərbaycanda İnnovasiya və Məşğulluğun Təşviqi'' adlı layihənin ilk və ən böyük uğur qazanmış məzunlarından biridir. “Bu təlimi Azərbaycanlı gənclər üçün ən uğurlu təşəbbüslərdən biri hesab edirəm”, Vüqar deyir.

''Yeni yanaşma tələb edən, innovasiyaların tətbiq edildiyi sahələr iş yeri olaraq gənclərə çox maraqlıdır. Gənclər bu sahələrdə daha tez uğur qazanır, qısa zaman ərzində tələb olunan proseslər haqqında biliklərini artırır və işlədikləri quruma öz töhfələrini verirlər. Lakin işə başlamazdan öncə onların lazımi bacarıqları əldə etmək üçün hazırlıq prosesindən keçmələri gərəkdir .”, Vüqar deyir.

Azərbaycanda iş axtarma zamanı gənclərin üzləşdiyi ən başlıca çətinliklərdən biri də onların iş axtarmaq bacarıqlarının kifayət qədər olmamasıdır. Bu bacarıqlara iş axtarma metodları, iş müsahibəsində davranış qaydaları, düzgün ünsiyyət və s. daxildir. Təlim mərkəzlərinin məqsədi bu məsələdə Azərbaycan gənclərini dəstəkləməkdir və artıq 150-dən çox gənc iş bacarıqlarının inkişaf etdirilməsi üçün bu mərkəzlərdə təlim keçilmişdir.

Layihə çərçivəsində 2011-ci ildə Bakı şəhərində SYSLAB Mərkəzi adlanan Təlim Mərkəzi yaradılmışdır. Yarandığından bəri bir çox iş axtaran gənclər bura cəlb olunmuş və layihə iştirakçılarının 86%-dən çoxu yeni metodların köməyi ilə iş tapmışdır. Təlim Mərkəzlərinin əsas məqsədi ixtisaslı, lakin işsiz insanların potensialının müəyyənləşdirilib ondan istifadə olunması və xüsusən kiçik və orta həcmli müəssisələrdə gəlir və artımın inkişafına töhfə verməkdir. Bura müasir iş axtarma üsulları, təlimlər, biznes və ünsiyyət qaydaları daxildir.

Təhsilini başa vurmuş gənclər hər hansı bir iş təcrübəsi olmadan da bu layihəyə qoşula bilər. Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan gənclər SYSLAB Təlim Mərkəzinə yönləndirilir. İştirakçılar 4 ay müddətində peşəkar bacarıqlar inkişaf etdirdikdən sonra qısa bir təcrübə proqramı keçirlər. Onlar özlərinə uyğun olan marketinq, insan resursları, informasiya texnologiyaları və s. kimi sahələrdən birini seçə bilirlər.

Highlights

  • Layihənin məqsədi Azərbaycan gənclərinin peşəkar bacarıqlarını inkişaf etdirməklə onları dəstəkləmək və işsizliyin ölkə üzrə azalması üçün dövlətin həyata keçirdiyi siyasətə töhfə verməkdir.
  • Təlim Mərkəzlərinin əsas məqsədi iş axtarma metodları, iş müsahibəsində davranış qaydaları, ünsiyyət kimi peşakar bacarıqların inkişaf etdirilməsi və gənclərin rəqabətli əmək bazarı üçün ixtisaslaşdırılmasıdır.
  • Layihə çərçivəsində 160 gəncə dəstək göstərilib, layihə iştirakçılarının 86%-dən çoxu Mərkəzin köməyi ilə iş tapıb
  • Təlim Mərkəzləri 4 ay ərzində 20-40 işsiz layihə iştirakçısının əmək bazarına daxil olmaları üçün mühüm bacarıqları təmin etmişdir.
  • Artıq Bakıda və Sumqayıtda iki Təlim Mərkəzi yaradılmışdır. Növbəti Mərkəz Gəncə şəhərində təsis ediləcəkdir.
  • Təlim Mərkəzləri layihə iştirakçılarının peşakarlığının artırılması məqsədilə yerli bank və şirkətlər, beynəlxalq təşkilatlar və dövlət strukturları ilə sıx əməkdaşlıq edir.
  • Beynəlxalq SYSLAB mərkəzi 1992-ci ildə Norveçin Norveçin Bergen şəhərində təsis edilmişdir. .

Vüqar Mərkəzə qoşulmazdan əvvəl artıq müəyyən iş təcrübəsinə malik idi. Bundan əvvəl o, Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş mütəxəssis kimi çalışmışdır. ''Layihə haqqında məlumatlandırıldıqdan sonra iştirak etməyə qərar verdim. Seminarlar başlayandan sonra qərarımın doğru olduğuna bir daha əmin oldum. Təlim zamanı bir çox yeni şeylər öyrəndim, lakin xüsusilə, qazandığım komandada işləmək bacarıqlarına görə minnətdaram.''

Vurğulamaq lazımdır ki, təkcə, Vüqar layihədən öyrənməyib, həmçinin onun bacarıqlarından da layihənin gedişatında istifadə olunub. ''Mən tez-tez öz bacarıqlarımı qrup üzvləri ilə bölüşürdüm, bəzən layihə heyəti seminarları mənim aparmağıma şərait yaradırdı. Mən layihəyə gəlməzdən əvvəl dövlət strukturunda çalışdığımdan dövlət qulluğuna hazırlıq məsələlərində digər seminar iştirakçılarına kömək edirdim''.

Təlim Mərkəzinin məzunu olan Vüqar ASAN xidmət mərkəzinə işlə təmin olunmaq üçün müraciət edir. Dövlət qulluğuna qəbul imtahanından uğurla keçdikdən sonra ona böyük bir tapşırıq verilir: Sumqayıt ASAN xidmət mərkəzinin yaradılmasında iştirak etmək. İş prosesində yüksək peşəkarlığı onu bu mərkəzdə direktor vəzifəsinə kimi yüksəldir.

''Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı'' layihəsinin genişləndirilməsi üçün 2013-cü ilin sentyabr ayında Sumqayıtda Təlim Mərkəzi fəaliyyətə başlamışdır. Vüqar öz sevincini ifadə edir : “Mən mərkəzin gənclərdə nə qədər böyük ruh yüksəkliyi və özünə inam yaratdığının, özlərinə uyğun işi seçməkdə və tapmaqda kömək etdiyinin şahidi olmuşam. Zənnimcə, bu layihənin icrası gələcəkdə bu kimi vasitələrə məhdud çıxış imkanı olan regionlarda da davam etdirilməlidir.”

Vüqar öz işsiz dostlarına və ASAN xidmət mərkəzinin könüllülərinə Sumqayıt Təlim Mərkəzinə müraciət etməyi məsləhət görür: ''Biz 60 nəfər könüllünün ASAN xidmət mərkəzində çalışmasına şərait yaradırıq. Mən uğur qazanmış məzun kimi bu gənclərə Təlim Mərkəzindən yararlanmağı da məsləhət görürəm. Bu, gənclər üçün gözəl bir imkandır. Onların ASAN xidmət mərkəzində təcrübə keçərkən Təlim Mərkəzində də karyera idarə edilməsini öyrənmək şansı yaranır''.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı çərçivəsində 2011-ci ildən həyata keçirilən ''Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı'' adlı layihə Norveçin SYSLAB şirkətinin və BMTİP-nin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi iş axtaran şəxslərə təlim keçməklə onların peşəkar bacarıqlarını inkişaf etdirmək, dövlətin həyata keçirdiyi məşğulluq siyasətinə töhfə vermək, iş axtaran gənclərin əmək bazarına inteqrasiyasına kömək etmək, işsizliyin səviyyəsini azaltmaq və yerli/ regional biznes sahələrini həvəsli və bacarıqlı işçi qüvvəsi ilə təmin etməkdir.

Aidiyyəti Şəkillər
Əlaqə

Ünvan: 3, BMT-nin 50 illiyi küçəsi.,
Bakı AZ 1001, Azərbaycan
Telefon: (+99412) 4989888
Email:office@un-az.org
           registry.az@undp.org
Faks: (+99412) 4922491