Qısa Məlumat

Gördüyümüz İş

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) bilik, təcrübə və resurslar naminə dəyişikliyi və ölkələrin əməkdaşlığını təşviq edən BMT-nin inkişaf agentliyidir. 177 ölkə və ərazidə fəaliyyət göstərərək, həyatlara səlahiyyət verilməsi və güclü millətlərin yaradılmasına yardım etmək üçün qlobal yanaşmalar və yerli baxışlar təklif edirik.

Məqsədlərimiz

Hidrokarbon ehtiyatlarının hesabına inkişaf edən surətli iqtisadi artım nəticəsində Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmağa nail olmuş və bir sıra sosial-iqtisadi göstəricilərini təkmilləşdirmişdir. Ölkə beynəlxalq arenada daha iddialı addımlar atmaqdadır – Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2012-2014-cü illər üçün qeyri-daimi üzvü seçilmişdir. Bu inkişaf çərçivəsində BMT-nin İnkişaf Proqramı iqtisadiyyatın şaxələndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi və ətraf mühitin yaxşılaşdırılması yolunda səylərin dəstəklənməsində ölkəyə yardım etmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlıq edir.

image
İnsan İnkişafının Tədrisi

Dövlət İdarəçiliyi Akademiyasında ilk tələbə qrupu İnsan İnkişafı Kursunu müvəffəqiyyətlə bitirmişdir. Ardı

Uğur Hekayələrimiz

Layihə və Təşəbbüslər

water stressed valley

İqlim Dəyişikliyinə Davamlılığın Artırılması

Fövqəladə Hallar Nazirliyi və BMTİP su və sel idarəçiliyi sisteminin təkmilləşdirilməsi və xüsusilə Böyük Qafqazın iqlimə həssas dağlıq icmalarının yaşadığı Azərbaycanın ərazilərində iqlim əsaslı sel və subasmaların təsirini azaltmaq üçün birgə əməkdaşlıq edirlər. more

women seller

Kənd/Rayon yerlərində yaşayan qadınların imkanlarının genişləndirilməsi

BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirmə, şəbəkələşmə və bacarıqların artırılması fəaliyyəti vasitəsilə kənd/rayon yerlərində yaşayan qadınlara dəstək verilməsinəs səylər göstərirlər. more

Bütün Layihələr Bax
Aidiyyəti Nəşrlər
Üfüqdən Kənarda Gələcək Axtarmaq

Bu nəşr üzünmüddətli inkişaf strategiyalarının hazırlanmasına cəlb olunan qərarvericilər və ekspertlər üçün nəzərdə tutulmuş stolüstü kitabçadır. Kitabça  strateji planlaşdırma və onun dünya üzrə tətbiqinə dair baxışların ümumiləşdirilmiş xülasələrini özündə əks etdirmişdir.

Ətraflı