Xəbər Mərkəzi
  • Naxçıvanda sərhəd qurumları üçün milli təlim keçirilir19 may 2016Bu gün, sərhəd qurumları əməkdaşları üçün milli təlimin açılış mərasimi ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında baş tutdu. Sərhəd idarəçiliyinə məsul olan qurumlar, sərhədçilər, immiqrasiya və gömrük əməkdaşlarına “Sərhəd idarəçiliyinə məsul olan qurumların Liderlik və İdarəetmə vəzifələri” adlı üç günlük təlim təşkil edilib. Əsas diqqət sərhəd idarəetməsinin inkişafı, eləcə də maddi və texniki bazanın gücləndirilməsinə ayrılacaq.

  • Sərhəd xidməti sahəsinin təkmilləşdirilməsi üçün texniki vasitələr təhvil verilib16 may 201614 may 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihə çərçivəsində texniki vasi¬tələrin rəsmi təhvil alınma mərasimi keçirilmişdir.

  • Naxçıvanda BMT Modeli konfransı keçirilir12 may 201612 – 15 may 2016-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində Naxçıvan BMT Modeli Konfransı (NaxchivanMUN) keçiriləcəkdir. Bu tədbir BMT-nin İnkişaf Proqramının Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi ilk tədbirdir. Konfrans çərçivəsində BMT Baş Assambleyasının işi simulasiya ediləcək. Simulyasıyanın mövzusu “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” seçilmişdir.

  • Vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə start verildi9 may 2016Bugün “Qadın hüquqları və gender bərabərliyinin təşviqinin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsinin açılış mərasimi keçirildi. Layihənin məqsədi gender bərabərliyi və qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu gücləndirilməsi və kənd/rayon qadınlarının iqtisadi və ictimai həyatda iştiraklarının təşviq edilməsidir. Tədbirdə dövlət agentlikləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, mətbuat və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

  • Bakıda Azərbaycan və Gürcüstan qurumları nümayəndələrinə birgə patrul xidməti üzrə təlimlər keçirildi6 may 2016Azərbaycan və Gürcüstan sərhəd qurumlarının nümayəndələri və inteqrə olunmuş sərhəd idarəçiliyi üzrə ekspertlər patrul metodları sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün yenidən Bakıda bir araya gəldilər.

  • Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsi layihəsi həyata keçiriləcək5 may 2016Bugün, Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verildi. Ümumi büdcəsi təqribən 2 660 000 milyon euro təşkil edən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən bu layihə əsasən Qırmızı Kör pü sərhəd keçid məntəqəsində həyata keçiriləcəkdir.

  • Azərbaycanda gənclərin məşğulluğunun dəstəklənməsi sahəsində yeni layihə imzalandı28 apr 2016Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Qulam İsakzai ümumi büdcəsi 189 000 ABŞ dolları olan “Sahibkarlıq və Məşğulluq üzrə İqtisadi Səlahiyyətlərin Genişləndirilməsi” üzrə layihə sənədini imzaladılar.

  • Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün təlimlər keçirilib13 apr 201611-13 aprel tarixlərində BMT-nin İnkişaf Proqramı, Avropa Ittifaqı və Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində milli təlim keçirilib.

  • Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi üzrə ictimai dinləmələr keçirilib12 apr 201612 aprel 2016-cı il tarixində Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi üzrə inkişaf məsələlərinin əhatə edən ictimai dinləmələr keçirilib. İctimai müzakirə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramı çərçivəsində İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” birgə layihəsi çərçivəsində təşkil edilib.

  • Prezident İlham Əliyev BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi,Qulam İsakzaini qəbul edib11 apr 2016Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim etdi.