Gənclərə Səlahiyyətin Verilməsi üzrə Yeni Layihənin Təqdimatı

27 sentyabr 2012

image Layihənin Təqdimatı Tədbirində Gənclər Təşkilatları nümayəndələri

27 sentyabr 2012 ci il tarixində “Kempinski Hotel Badamdar” otelində BMT İP Azərbaycan ölkə nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi “Gənclərin qərar vermə və siyasətin formalaşdırılmasında iştirakı” haqqında yeni layihənin təqdimatını keçirmişdilər.

Seminar layihəni ictimaiyyətə təqdim etmək və gənclərin Azərbaycanda siyasi proseslərə yanaşmalarının hal hazırdakı vəziyyəti və gələcəkdəki imkanları haqqında müzakirə aparmaq üçün təşkil edilmişdir. Tədbirdə Parlament üzvləri, Azərbaycan höküməti rəsmiləri, beynəlxalq təşkilatlar və QHT-lərin yerli tərəfdaşları iştirak etmişlər.

Tədbir Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayevin açılış nitqi ilə başlandı. O,öz nitqində qeyd etdi ki, gənclərin qərarvermədə iştirakı müasir cəmiyyətin ən vacib ünsürləri arasındadır: “Sosial qurumlar və gənclərin dövlət idarəçiliyi və siyasət formalaşdırılmasında mümkün olduğu qədər çox iştirak etmək imkanı olmalıdır”. Cənab Babayev yeni başlamış layihə ilə qanunvericilik çərçivəsinin monitorinqinin möhkəmləndiriləcəyini və gənclərin prioritetlərinin qanun layihəsinin hazırlanması prosesində öz əksini tapacağını vurğulamışdır.

BMT İP-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Fikret Akçura öz açılış nitqində BMT-nin Azərbaycanda sadəcə gəncliyin inkişafı layihəsini dəstəkləməklə kifayətlənmədiyini, eyni zamanda bu sahədə daha praktik addımlar ataraq, yeni təşkilat yaratmağı planlaşdırdığını qeyd etmişdir. Cənab Akçuranın sözlərinə görə gənclər məsələləri üzrə daimi şura və ya xüsusi məsləhətçi təşkil etmək üçün BMT-də danışıqlar aparılır: “BMT gənclərin dövlət qulluğunda fəal şəkildə iştirakını dəstəkləməyə hazırdır”.

Layihə rəhbəri Kəmalə xanım Musayeva layihənin fəaliyyət və məqsədləri haqqında ətraflı məlumat verərək, layihə milli gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verəcəyini, Azərbaycan gəncliyinin qərar vermə prosesində daha fəal iştirakını təmin edcəyini və gələcəyin liderləri, dövlət qulluqçuları kimi onların bacarıqlarını artırmaq məqsədi daşıdığını qeyd etmişdir.

Mərasimdə Parlament üzvləri Ceyhun Osmanlı, Fuad Muradov, BMT İP Layihə Rəhbəri Məzahir Əfəndiyev və gənclər təşkilatlarının müxtəlif nümayəndələri çıxış etmişdilər.

2012-2013 cü illərdə “Gənclərin qərar vermə və siyasətin həyata keçirilməsində iştirakı” haqqında layihəsi BMT İP tərəfindən maliyyələşdirilmiş və Gənclər və İdman Nazirliyi ilə birlikdə yerinə yetiriləcəkdir. Layihə “ İdarəçilikdə və vətəndaş cəmiyyətinin inkişafında gənclərin iştirakını artırmaq ehtiyacı”-nı vurğulayan “Azərbaycan Gəncliyi 2011-2015 ci illərdə” Dövlət Proqramının prioritetlərini i əks etdirir.Bu layihə yaxşı təyin edilmiş monitorinq sistemi vasitəsi ilə Azərbaycan Gəncliyi Dövlət Proqramının tətbiqini dəstəkləyən ilk beynəlxalq layihələr sırasındadır. Layihənin digər bir innovativ tərəfi dövlət proqramlarını gənclərin dostu olması baxımından tətqiq etməyə imkan yaradan metodologiya formalaşdırmaq üçün səy göstərməsidir.