Azərbaycan 2020-ci ilədək İnkişaf Konsepsiyasını Təqdim etdi

3 dekabr 2012

imageBMT Rezident Əlaqələndiricisi cənab Antonius Bruk tədbirdə nitq söyləyərkən

Azərbaycanın 2020-ci ilə qədərki baxışını müzakirə etmək üçün Bakıda “Azərbaycan 2020:Gələcəyə Baxış” beynəlxalq konfransı keçirilmişdir. Konfrans BMT İP, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikası Gənclik Fondu və PwC şirkəti ilə birgə təşkil edilmişdir. BMT İP ölkənin nailiyyətlərinin qiymətləndirilməsi və qarşıdakı illər üçün strateji prioritetləri ifadə etmək üçün mövcud konsepsiyanı dəstəkləyir.

BMT İP Rezident Nümayəndəsi cənab Antonius Bruk konfransda çıxış edərək strateji baxışın əhəmiyyətini vurğulamışdır. O iqtisadiyyatın şaxələndirilməsi olmadan Azərbaycanın dayanıqlı inkişafının mümkünsüz olduğunu qeyd etmişdir: “ Biz şadıq ki, şaxələndirilmə, yaxşı iş imkanları və regional inkişaf məsələləri “Azərbaycan 2020: Gələcəyə Baxış” strateji konsepsiyasında öz əksini tapmışdır”.

Useful Links

You can learn more about Vision 2020 by reading: