BMT-nin İnkişaf Proqramı daha səmərəli və effektiv olmaq üçün dəyişir

1 avgust 2014

image


Nyu York - BMT-nin İnkişaf Proqramının (BMTİP) əsas məqsədləri dünyada tərəfdaş təşkilat və hökümətlərlə birgə çalışaraq yoxsulluğu aradan qaldırmaq, inkluziv idarəçilik təşviq etmək və böhrana qarşı dayanıqlılığı yaratmaqdır.

BMTP-nin İdarə Heyəti 2013-cü ildə bu məqsədlərin həyata keçirilməsində təşkilatın tam şəkildə səfərbər etmək üçün yeni Strateji Plan hazırlayıb. Burada əsas məqsəd daha şəffafliq, çeviklik və uyğunlaşma xüsusiyyətləri ilə BMTİP-in təşkilati səmərəliliyinə nail olmaq və hesabat nəticələrini təkmilləşdirməkdir. Təkmilləşdirilmiş maliyyə və insan resurslarının idarəetməsilə yanaşı, bu bizə dünyanın üzləşdiyi inkişaf çətinliklərinin həll edilməsində daha yüksək keyfiyyətli proqramları təqdim etməyə imkan verəcəkdir.

Bu məqsədlə, biz baş qərargah və regionlar səviyyəsində mühüm strutukr dəyişikliyi islahatlarına başladıq. Bu dəyişikliklər təkrarlanan sahələri azaldaraq və regional səviyyədə daha çox kadr yerləşdirərək BMTİP-nin Ölkə Ofislərinə daha yaxşı dəstək verməklə bərabər daha çevik təşkilatın yaranmasına səbəb olacaq.

Buna nail olmaq üçün plan cari 60% baş qərargah- 40% regional işçi nisbətini 40% baş qərargah, 60% regional istiqamətində dəyişməkdir.

Plan baş qərargah və regional səviyyədə işləyən təxminən 1700 işçi heyətinin 10%-nin azaldılmasını nəzərdə tutur.

Nəticə etibarilə, işçi heyətini artırılmış məsuliyyət və daha yaxşı karyera imkanları ilə təmin etmək üçün daha az yuxarı vəzifə, daha çox başlanğıc və orta idarəetmə səviyyələrində vəzifələr olacaq.

Bütün siyasət və proqram dəstəyi tək bir büroya birləşəcək. Bu, BMTP-in Strateji Plan üzərində daha da mərkəzləşməsi və səmərəli olmasını və 2015-ci ildən sonrakı inkişaf gündəliyini, xüsusilə də bizim əsas məqsədlərimiz olan yoxsulluq, idarəçilik və dayanıqlılıq sahələrini formalaşdırmaq və həyata keçirməkdə kömək edəcəkdir.

Bundan əlavə, böhran zamanı daha çevik və səmərərli şəkildə heyətin ezam edilməsi üçün yeni Böhranların Qarşısının alınması Bölməsi yaradılmışdır. Bu bölmə qısa müddətli yardımdan strategiyasından uzun müddətli inkişaf straetgiyasına keçidi təmin etmək üçün BMTP-in humanitar və digər tərəfdaşlarla əlaqələndirməsini təmin edəcəkdir.

Tərəfdaşlarımız və xidmət göstərdiyimiz insanlar üçün, bu struktur dəyişiklikləri BMTİP-in davamlı səmərəlilik, şəffaflıq və hesabatlılıq fəaliyyətinin ayrılmaz bir hissəsidir.

Dünya ilə Dəyişən - BMTİP-in 2014-2017-ci illər üzrə Strateji Planı

Dəyişən dünya çərçivəsində və əsas üstünlüyümüzü nəzərə alaraq, bizim baxışımız qlobal inkişafda növbəti böyük sıçrayışı etməkdir:  yoxsuluğun qarşısının alınmasına nail olmaqla bərabərsizlik və təcridçiliyin kifayət qədər azaldılması.