Yeni Rezident Nümayəndəsi etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdir

1 noyabr 2012

imageCənab Antonius Bruk, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi

Bugün cənab Antonius Bruk BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun Rezident Nümayəndəsi kimi öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim etmişdir.

Niderlan Krallığının vətəndaşı olan və BMT heyətini təmsil edən cənab Bruk sonuncu dəfə 2008 iyun – 2012 oktyabr tarixlərində Belarus Respublikıasında BMT-nin Rezident Əlaqələndiricisi və BMT Əhali Fondunun Rezident Nümayəndəsi kimi çalışmışdır. Onun keçmiş iş təcrübəsinə 2004-2008-ci illərdə Burundi Respublikasında BMT Ölkə Direktoru, BMTİP-nin Efiopiyadakı Nümayəndəliyində Rezident Nümayəndənin Baş Köməkçisi (2001 – 2004), Asiya və Sakit okeanı hövzəsi Regional Burosunun Plkə Ofisi Dəstək Bölməsinin Sədr Müavini (1996-2000), BMTİP-nin Çindəki Rezident Nümayəndəsinin Köməkçisi (1992-1996) kimi vəzifələr daxildir. BMTİP-də işləməzdən əvvəl cənab Bruk Nyu-York şəhərində BMT Layihə Xidmətləri Ofisində Layihə İdarəçiliyi üzrə Əlaqələndirici (1986 – 1992) və Qida və KƏnd Təsərrüfatı Təşkilatında ekspet kimi çalışmışdır. BMT Sisteminə qoşulmamışdan əvvəl o Mali və Zambiyada hidroloq kimi çalışmışdır.

Cənab Bruk Niderlandın Vageningen şəhərindəki Kənd Təsərrüfatı üzrə Dövlət Universitetində magist dərəcəsini almışdır. O, ingilis, fransız, ispan, holland və alman dillərində səlis danışa bilir.

Cənab Bruk ailəlidir və iki qızı var.

Əlavə Məlumat üçün

Yeganə Guliyeva, BMT Rezident Əlaqələndiricisinin Köməkçisi, yegana.guliyeva@undp.org