Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması üzrə mühazirə keçirilmişdir

15 noyabr 2012

imageİştirakçılar BMTİP-in Bratislava Regional Ofisinin nümayəndəsi cənab Robert Bernardonun mühazirəsini dinləyərkən

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihə həyata keçirilir. Layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. Layihə çərçivəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası və hesabatları zamanı istinad olunacaq monitorinq və qiymətləndirmə standartlarına uyğun indikatorların hazırlanması, həmçinin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikasının Məşğulluq startegiyasının həyata keçirilməsi üçün 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda gənclərin problemlərinin nə dərəcə nəzərə alındığını öyrənmək üçün xüsusi metodologiyanın hazırlanması nəzərdə tutulur. Bu istiqamətdə müzakirələrin aparılması məqsədilə BMTİP-in Bratislavadakı Regional Ofisinin nümayəndəsi, monitorinq və qiymətləndirmə üzrə beynəlxalq ekspert cənab Roberto Bernardo 12-15 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində cənab Roberto Bernardo Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, BMT rəsmiləri, qeyri-hökumət təşkilatlarının sədrləri, layihə əməkdaşları və yerli ekspertlərlərlə görüşlər keçirmişdir. Görüşlərdə yuxarıda adları çəkilən dövlət proqramlarının icrası, hədəf qrupları, eyni zamanda monitorinq və qiymətləndirməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır . Səfərin yekununda cənab Roberto Bernardo Birləşmiş Millətlər Təşkilatının Bakı ofisində sözügedən dövlət qurumlarının nümayəndlərinin iştirakı ilə “Monitorinq və Qiymətləndirmə üçün nəticəyə əsaslanan idarəçilik yanaşması” adlı təqdimatla çıxış etmişdir. Təqdimat zamanı cənab Roberto Bernardo monitorinq və qiymətləndirmə sisteminin ümumi prinsipləri və mexanizimləri, resursları, indikatorları, fəaliyyətlər, gözlənilən risklər və s. haqqında ətraflı məlumat vermiş və bu istiqamətdə verilən sualları cavablandırmışdır.

Əlavə Məlumat üçün

Kəmalə Musayeva, Layihə Meneceri, kamala.musayeva@undp.org