“Azərbaycan 2020-ci ildə” mövzusunda Gənclər Düşərgəsi təşkil edilmişdir

24 dekabr 2012

imageMüvəffəqiyyətli iştirakçılar sertifikat almışdırlar

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.

Layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir. Layihə çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə ölkənin gələcəyi haqqında gənclərin uzunmüddətli təfəkkür obrazının formalaşması məqsədilə 22-23 dekabr 2012-ci il tarixlərində “Azərbaycan 2020-ci ildə” mövzusunda Novxanıda “AF Hotel & Aqua Park” istirahət kompleksində Gənclər Düşərgəsi keçirilmişdir. Tədbirin açılış mərasimini elan edən layihə rəhbəri Kəmalə Musayeva layihə haqqında iştirakçılara məlumat vermiş, düşərgənin işində onlara uğurlar arzulamışdır. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTM) sədri Şahin Seyidzadə Azərbaycanda gənclər siyasəti, gənclərin dövlət və vətəndaş cəmiyyətinin idarə olunmasında iştirakı məsələrinə toxunmuş, “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışmışdır. Adıçəkilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri İndira Hacıyeva da iştirak etmişdir.

Tədbirin açılışından sonra layihəyə seçilmiş 50 gənc ilə birlikdə “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müzakirə edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsində təlimlər üzrə müşavir Araz Paşayev iştirakçılarla birlikdə “Qlobal vә yerli çağırışlar”, “Azərbaycan – 2020: strateji baxış və әsas prioritetlәr”, “İnsan kapitalının inkişafı vә səmәrəli sosial müdafiə sisteminin qurulması”, “Azərbaycan Gəncləri 2020-ci ildə” və digər mövzular ətafında diskusiyalar aparmışdır. Tədbirin 2-ci günü isə ARGTM-nın layihə meneceri Tural Abdullazadə iştirakçılarla birlikdə müxtəlif nazirliklər üzrə simulyasiya oyunu təşkil etmişdir. Simuliyasiya oyunu zamanı iştirakçılar tərəfindən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı dövlət tərəfindən kreditə alternativin yaradılması, vətəndaş jurnalistikasının stimullaşdırılması, “Təcrübəli tələbə” modelinin yaradılması və digər maraqlı təkilflər irəli sürülmüşdür.

Tədbirin sonunda iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Əlavə Məlumat üçün

Kəmalə Musayeva, Layihə Meneceri, kamala.musayeva@undp.org