BMT İP Regional Bürosu Əməkdaşlıq və Resursların Səfərbərliyi mövzusunda Seminar keçirmişdir.

11 iyul 2013

imageBMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosu nümayəndlə heyətinin Qrup Şəkili

Seminarın məqsədi Ölkə Ofislərinin insanların həyat şəraitinin yaxşılaşdırılmasında səmərəli fəaliyyətini təşkil etmək üçün BMT İnkişaf Proqramının maliyyə dayanıqlılığını və effektiv planını hazırlamaqdır. Seminar həmçinin BMT İP-in hamılıqla qəbul edilmiş aktuallığı və liderliyini əsas prioritet inkişaf sahələrinə daha güclü səylə və daha yaxçı nəticələr məsədilə tətbiq edilməsini müzakirə etmişdir. Yeni strategiyasının qəbul olunması ilə BMT İP donor təşkilatı imicini dəyişib, əməkdaşlıq üçün yaxşı şərait yaratmaqla güvənli və etibarlı partnyor kimi hökumətlərlə əlaqələrini daha da gücləndirəcəkdir. Seminarda Şərqi Avropa və MDB ölkələrinin demək olar bütün BMT İP ofislərinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə çıxış edən BMT İP-in Regional Bürosunun Direktor müavini cənab Haoling Xu Azərbaycanın ifrat yoxsulluğun aradan qaldırılması sahəsindəki uğurlarının təqdirəlayiq olduğunu və hökumətin BMT İP ilə yüksək səviyyəli əməkdaşlığının region ölkələri üçün gözəl nümunə olduğunu demişdir. “Maliyyə dəstəyi göstərməklə Azərbaycan BMT İP-nin sadiq tərəfdaşı olduğunu bir daha sübut edir. Azərbaycan Hökuməti BMT İP-nın fəaliyyətində öz rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Biz əminliklə Azərbaycanın BMT İP-nın yeni baxış və stategiyasına hazır olduğunu söyləyə bilərik. Məhz bu səbəbdən biz bu seminarın Bakı şəhərində keçirilməsinə qərar verdik” – cənab Haoling demişdir.

Tədbir iştirakçılarını salamlayan Xarici İşlər naziri müavini cənab Mahmud Məmməd-Quliyev Azərbaycanın Cənub – Cənub əməkdaşlığına maraqlı olduğunu və BMT İP sistemində artıq donor alan ölkədən donor verən ölkəyə çevrildiyini vurğulamışdır. “Azərbaycan 2020: Gələcəyə Baxış” Dövlət Strategiyasının qəbul edilməsi ilə Azərbaycanın yeni inkişaf dövrünün başlayacağını bildirən M.Məmmədquliyev Azərbaycanın xüsusilə kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə və idarəçilik sahəsində BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığının davam etdiriləcəyini söyləyib.

Əlavə məlumat üçün:

Ruslan Ismayıl-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxəssis ruslan.ismayilzada@undp.org