BMTIP və ANAMA birgə Memorandum imzaladılar

12 iyul 2013

imageBMTİP və ANAMA arasında Mümorandum imzalanarkən

ANAMA-nın baş qərargahında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və BMT-nin İnkişaf Proqramı arasında “Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya Proqramı” –nın 3- cü fazası üzrə Memorandumun imzalanma mərasimi keçirilmişdir.

BMTİP və ANAMA birgə layihənin bu fazanın başlanması ilə mövcud mina fəaliyyəti, ANAMA-nın Beynəlxalq Mina Təmizləmə Mərkəzi kimi təşviqinin davam etdirilməsi və mina qurbanlarına köməkliyin göstərilməsi fəaliyyəti genişləndiriləcəkdir. Bütün mina fəaliyyəti layihələrinin əsas məqsədi kimi mina qurbanları və onların ailələrinin Azərbaycan cəmiyyətinə aztəminatlı və marginallaşdırılmış qrup kimi onların həyat şəraitinin yaxşılaşdırılması, həyat standartlarının yüksəldilməsi və cəmiyyətə sosial iqtisadi reintegrasiyasını təşkil etməkdir.

BMTİP-in ANAMA ilə keçmiş layihəsində ölkə üzrə mina qurbanlarının ehtiyacları qiymətləndirilməsi aparılmışdır. Bu qiymətləndirmənin yekunu kimi ANAMA bir neçə qurbanlara yardım inteqrasıya layihələri həyata keçirmişdir.

Bugünkü imzalama mərasimi BMTİP və ANAMA arasındakı cari layihə çərçivəsində mina qurbanlarına yardımın edilməsinin sonrakı mərhələlərinə həsr edilir. Memorandumun əsas məqsədi mina qurbanlarına kiin qrantlar verərək kiçik biznes fəaliyyətinə başlamaq üçün yardım edilməsidir. Bu kreditlər mina qurbanlarına bacarılan qədər rahatlıq yaratamaq üçün sıfır faiz dərəcəsi ilə verilir. Eyni zamanda, layihə səmərəli nəticələr almaq üçün sosial vasitəçilik, biznes təlimləri (mühasibat, marketinq, idarəçilik) və məsləhətləşmə kimi qeyri-maliyyə xidmətləri də təklif edəcəkdir.

Layihə çərçivəsində 40 mina qurbanlarına layihə birbaşa yardım ediləcəkdir. Nəticədə, 160 ailə üzvü ailə gəlirlərinin çoxalmaı və ailə üzvlərinin məşğulluğu vasitəsilə yararlanacaqdır. Təklif olunan layihə Ağcabədi, Beyləqan, İmişli, Saatlı və Biləsuvar olmaqla Azərbaycanın 4 rayonunda həyata keçiriləcəkdir.

Layihənin büdcəsi 136 000 ABŞ dolları təşkil eidr. Mikro kreditlər ANAMA və BMTİP birgə layihəsi tərərfindən BMTİP və ANAMA-nın maliyyə resurslarından istifadə edilməklə maliyyələşdiriləcəkdir. Mikro kredit layihəsi “Çıraq” QHT-si ilə birgə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçiriləcəkdir.

BMT İP-in Azərbaycandaki Rezident Nümayəndəsi cənab Antonius Broek çıxışında ANAMA-nın BMT İP, Beynəlxalq Miqrasiya Təşkilatı və digər tərəfdaşları ilə səmərəli və uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirmiş və BMT İP-nin mina fəaliyyəti sahəsində ANAMA ilə gələcək əməkdaşlığını hər zaman dəstəkləyəcəyini vurğulamışdı.

BMTİP ilə ANAMA-nın əməkdaşlığı hələ 1999-ci ildə ANAMA-nın yaradılması ilə başlamışdır. Bu əməkdaşlıq nəticəsində milli minadan təmizləmə fəaliyyəti qabiliyyətinə malik təşkilat yaradılmışdır.

Əlavə Məlumat üçün

Ruslan Ismayil-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxxəsis. ruslan.ismayilzada@undp.org

Please configure component.