Türkiyə Hökuməti və BMTİP arasında İstanbulda Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun yaradılmasına dair saziş imzalanmışdır

27 sentyabr 2013

image BMTİP-in rəhbəri HELEN KLARK və Türkiyənin Xarici İşlər Naziri cənab Əhməd Davudoğlu BMTİP-nın İstanbulda Şərqi Avropa və MDB ölkələri üzrə Regional Burosunun yaradılmasına dair anlaşma sazişini imzalayarkən. Şəkil Dylan Loüthian/BMTİP

Nyu York şəhəri – Bugün Baş Assambleyanın Yüksək səviyyəli səlahiyyəti çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark və Türkiyənin Xarici İşlər naziri cənab Əhməd Davudoğlu İstanbulda BMTİP-nin Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun yaradılmasına dair Anlaşma Memorandumu imzalamışlar.

“BMTİP Şərqi Avropa ölkələri üzrə Regional Bürosunun məhz İstanbula köçürülməsi qərarı çoxtərəfli ətraflı xərc və gəlir təhlilindən sonra verilmişdir.” - Helen Klark dedi. “ Ən vacib qazanc BMTİP-nin digər BMT qurumları ilə, BMT Qadın, BMT Əhali Fondu da daxil olmaqla, birgə İstanbula köçürülməsi olacaq və bu da BMT inkişaf sistemi ilə əlaqələndirilməni və uyğunlaşmanı daha da artıracaq.

Bu mərkəz üçün məkan olaraq İstanbulun seçilməsi şəhərin regionda mərkəzi mövqeyini və beynəlxalq aləmdə Türkiyənin artan rolunu əks etdirir.

Xarici İşlər naziri vənab Davudoğlu Türkiyə Hökumətinin Regional Mərkəzin artıq 2014 –ci ilin yanvarından fəaliyyətə başlayacağını səbirsizliklə gözlədiyini qeyd etmişdir. “İstanbulun regionda yerləşmə mövqeyi olduqca strateji əhəmiyyətlidir, Türkiyə bu Regional Büro vasitəsilə BMTİP və geniş BMT sistemi ilə daha yaxından əməkdaşlıq etməyi arzulayır”.

BMT İP-nin regional bürosu milli və beynəlxalq tərəfdaşlarla işləmək, insanların bilik əldə etmək imkanlarını təmin etmək vasitəsilə hökumət və regiondakı inkişaf tərəfdaşlarına texniki və siyasi məsləhətlər verir. O, diqqətdən kənarda qalan insan qruplarının iqtisadi, sosial və siyasi həyatda iştirak etməsinə, insan hüquqları və idarəçiliyin təşviqi ilə insanların imkanlarının genişləndirilməsinə və karbon maddəsinin fəsadlarını azaltmaqla alternativ enerjinin təşviqinin artırılmasına çalışır.

Əlavə Məlumat üçün

BMTİP Nyu York şəhəri: Kristina LoNigro, christina.lonigro@undp.org,+1 2129065301