Qadınlara qarşı zorakılıq qəbuledilməz və qarşısının alınması mümkündür.

25 noyabr 2013

image"Qadınlara qarşı Zorakılığa YOX deyek" kampaniyasına aid foto reklak (Mənbə: UN Women)

BMTİP  ölkələri gender-əsaslı zorakılığa son qoymaq cəhdlərini yeniləməyə səsləyir.

Nyu-York şəhəri, 25 noyabr 2013-cü il – Hər il ən azı 2 milyon qadın və qız fahişəliyə, məcburi köləliyə təhrik edilir. Qadınların 60%-ə qədəri həyatları zamanı bu və ya digər müəyyən formada fiziki və ya cinsi sui-istifadəyə məruz qalır.

Beynəlxalq Qadınlara qarşı Zorakılığın qarşısının alınması günündə BMT-nin İnkişaf Proqramı (BMTİP) qadınlara qarşı zorakılığa son qoymaq cəhlərinin yenilənməsinə çağırır.

Gender-əsaslı zorakılıq qadınlara, onların ailələrinə, eləcə də ölkələrinə zərər verir və dünyada qadın və kişilər arasında qeyri-bərabərliklərə təkan verir. Nikahda zorlanma 35-ə yaxın ölkədə hələ də cinayət hesab olunmur. 603 milyondan çox qadın isə hələ də məişət zorakılığının cinayət hesab olunmadığı ölkələrdə yaşayır.

“Bu qəbuledilməzdir: daha yaxşı qanunvericiliyə və onun tətbiqinə ehtiyac vardır.” BMTİP –nin rəhbəri Helen Klark qeyd etmişdir. O, qadınlara qarşı zorakılığın əsas səbəblərinə qarşı mübarizə aparmaq, qurbanlara dəstək vermək və günahkarların ədalətli qiymətləndirilməsi üçün qanunların tətbiqinə və hüquqi sistemlərin hökümət, vətəndaş cəmiyyəti, eləcə də beynəlxalq tərəfdaşlarla birlikdə çalışmasına səsləmişdir.

Gender-əsaslı diskriminasiya bugünki dünyada qeyri-bərabərlik mövzusunda ən başlıca səbəbdir. Bu BMTİP-nin yeni Regional İnsan İnkişafı Hesabatında (2013-2014 ) yer alməşdır. “İnsan simasında vətəndaş təhlükəsizliyi : Latın Amerikası üçün faktlar və təkliflər “ sənədi gender-əsaslı zorakılığın Latın Amerikasının təhlükəsizliyində rol oynamasını və insan inkişafı, ictimai səhiyyə və insan hüquqları üçün daimi maneə və hədə olduğunu vurğulayır.

Hesabata əsasən adı çəkilən regionda demək olar ki, bütün ölkələrdə məişət zorakılığı, zorlanma və qadın qətlləri qeydə alınmışdır. BMTİP-nin cinsi zorakılıq cinayətkarları törədənlər arasında apardığı sorğuya əsasən , 75 -90% cinayətkar öz qurbanlarını öncədən tanıyır, 20 -40% isə hətta ailə üzvü olmuşdur.

Gender-əsaslı zorakılıq və yoxsulluq arasında əlaqə artdıqca, qadınlara qarşı zorakılığa son vermək həllinə kişilərin də cəlb olunmasına dair qlobal çağırış güclənir. Son BMT araşdırması göstərir ki, Asiya-Sakit Okean regionunda sorğuya cəlb olunan 10.000 kişidən təxminən yarısı öz qadın yoldaşına qarşı fiziki və ya cinsi zorakılıq törədib.

Araşdırmanın tapıntıları bu problemin nə dərəcədə aktual olduğunu bir daha təsdiq etməsinə baxmayaraq, bu kişilərin qadınlara qarşı zorakılıqdan istifadə səbəblərinin əsas göstəricilərinin dəyişə bildiyini də göstərir.

Tədqiqat tövsiyə edir ki, inkişaf müdaxilələri zorakılığın qəbul olunduğu sosial normalara və əsas gender stereotiplərə ünvanlanmalıdır, həmçinin cinayətkarlarının cəzasızlığına son verilməsinə də diqqət etməlidir.

Bu müraciət, həmçinin Bir milyon Səs: Bizim İstədiyimiz Dünya hesabatında da var. Hesabat bütün dünyada 1 milyon insanın dünyanın gələcək inkişaf gündəliyinə dair məsləhətləşmələrinin nəticələrinin sintezini təşkil edir. Bu hesabat qeyd edir ki, 2015-ci il hədəf ili olan hazırki Minillik İnkişaf Məqsədlərinin səkkiz məqsədlərindən birinin genderlə bağlı olmasına baxmayaraq, qadın və qızlara qarşı zorakılıq məsələsində susur. Hesabat gələcək inkişaf gündəlikdə gender-əsaslı bərabərsizliyə və zorakılığa yetərincə diqqət verilməsinin vacibliyini qeyd edir. Çünki, bunu etmədən dünya nə zorakılıq və münaqişələrin səbəblərini ünvanlaya biləcək, nə də dayanıqlı inkişafa zəmanət verə biləcək.

BMTİP gender-əsaslı zorakılığın qarşısını almaq və cavab tədbiri görmək üçün bir çox dünya ölkələri, xüsusilə də zorlanma və cinsi zorakılığın müharibə aləti kimi istifadə oldunduğu ölkələrlə əməkdaşlıq edir. O, gender-əsaslı zorakılığa son qoymaq üçün öhdəliyini bir daha nəzərdəh keçirərək, zorakılığa qarşı xüsusən inkişaf və böhran vəziyyətlərində qadın təşkilatları və eləcə də kişilərlə birgə əməkdaşlıq edərək mübarizə səylərinin artırılmasına çağırır.

Məlumat üçün

BMTİP (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nın Qadın Məsələləri üzrə təşkilatı (UN Woman) və BMT-nin Könüllülük Təşkilatı ilə birgə hazırlanmış və Asiya - Sakit okeanı ölkələri haqqında "Qarşısının Alınması üçün Tərəfdaşlar" adlı araşdırmaya http://www.partners4prevention.org/news/media-resources-UNMCS

Qeyri-bərabərlik üzrə Qlobal Tematik Məsləhətləmələr haqqında Birgə Hesabat: http://www.worldwewant2015.org/file/299198/download/324584

vincenzo.pugliese@undp.org; +1 212 906 5296

Aidiyyəti Linklər
UNiTE Haqqında

2008-ci ildə BMT Baş Katibinin Qadınlara qarşı Zorakılığa Son qoymaq üçün əsası qoyulmuş UNiTE Kampaniyasının məqsədi ictimai maarifləndirməni artırmaq və siyasi iradəni yaratmaq, dünyanın hər bir yerində qadınlara və qızlara qarşı zorakılığın hər bir formasının qarşısını almaq və son qoymaq üçün resustrların səfərbər edilməsidir. 

YOX de - BİRLƏŞ Haqqında

YOX de - BİRLƏŞ BMT Baş Katibi sistemi üzrə kampaniyalar, Qadınlara Qarşı Zorakılığa son qoyulması üçün UNiTE Kampaniyasına töfhə verməklə, qadın və qızlara qarşı zorakılığla son qoyulması üçün həyata keçirilən sosial səfərbərlik platformasıdır.