2015-ci ildən sonrakı mərhələ: qlobal danışıqlar yeni müzakirələrlə davam edir

6 mart 2014

imageQadın Səfir Mənim Dünyam adlı sorğunu EFOTEC Məktəbinin şagirdlərinə anladarkən, Şəkil: Mark Darrux/ Qadın Səfir Rvanda

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla, 32 BMT fond ve proqramlarını özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupu 2015-ci ildən sonrakı inkişaf çərçivəsinin həyata keçirilməsi üzrə müzakirələrə ilkin olaraq 50 ölkənin itirakı üçün öz planını açıqladı.

Siyasətçilər, vətəndaş cəmiyyəti, icma və özəl sektor nümayəndələrinin iştirak edəcəyi bu məsləhətləşmələr Minilliyin İnkişaf Məqsədlərinin ( MİM-lər) uğuru əsasında növbəti dayanıqlı inkişaf çərçivəsinin ən yaxşı tətbiqini ictimai görüş və müzakirələr şəklində baş tutacaqdır.

Müzakirələr Bizim İstədiyimiz Dünya 2015 onlayn məsləhətləşmələr vasitəsilə birgə həyata keçiriləcəkdir.

“Biz çoxtərəfli inkişaf diplomatiyası vasltəsilə dəyişikliyə çalışırq. İnsanların Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti ilə yaxından tanış olması üçün imkanları genişləndirməyə davam edəcəyik” - 2015-ci ildən sonrakı mərhələ üzrə BMTİP-in rəhbərinin xüsusi məsləhətçisi, Olav Kjorven demişdir.

Müakirələr nəticəsində yaranan fikirlər Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı mərhələ üzrə Çərçivənin BMT üzv dövlətləri tərəfindən müzakirəsi zamanı təqdim ediləcəkdir.

Danışıqlar aşağıdakı altı tematik sahəni əhatə edən yol və strategiyaları üzrə aparılacaqdır:

  •  2015-ci ildən sonrakı inkişaf çərçivəsinin milliləşdirilməsi;
  • Bacarıq və institutların inkişafı yardım;
  • İştirakçı monitorinq, hesabatlılığın cari və yeni formaları;
  • Vətəndaş cəmiyyət və digər qurumlarla tərəfdaşlıq;
  • Özəl sektorla tərəfdaşlıq;
  • Mədəniyyət və İnkişaf 


·“Biz hazırda BMT üzv dövlətləri və BMT sistemindəki həmkarlarımız ilə bu strategiya üzrə məsləhətləşmələri həyata keçirəcək ölkələrin müəyyənləşdirilməsi üzrə birgə çalışırq” Olav Kjorven deyərək əlavə etmişdir. “Dayanıqlı İnkişaf Məqsədləri üzrə razılaşacaq BMT üzv dövlətlərinın hökumətlərarası danışıqlarına töfhə vermək üçün biz balanslaşdırılmış regional və tematik təmsilçiliyə nail olmağa çalışırıq”.


2013 cü ildə iki milyona yaxın insan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun təşəbbüsü əsasında Azərbaycan da daxil olmaqla 88 ölkədə 11 tematik məsəhətləşmələr və MƏNİM Dünyam adlı qlobal sorğu vasitəsilə gələcək inkişaf çərçivəsinə öz fikirlərini bölüşmüşlər. Seminarların, müsahibələrin, onlayn və ya kağız üzrə sorğuların nəticələri “Milyon Səslər: Bizim İstədiyimiz Dünya” hesabatında mövcuddur. 

Müzakirələri Tvitterdə #Post2015 başlığı ilə izləyə bilərsiz.