Gənclər Siyasəti üzrə Qlobal Forum Azərbaycanda keçiriləcəkdir

1 aprel 2014

imageGənclər və idman naziri cənab Azad Rəhimov BMT Baş Katibinin Gənclər üzrə Elçisi Əhməd Əlhəndəvi ilə Anlaşma Memorandumu imzaladıqdan sonra. Şəkil: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

2014-cü ilin 26 mart tarixində BMT Baş Katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi və Azərbaycan Respublikası gənclər və idman naziri cənab Azad Rəhimov hökumət səviyyəsində 700-dən çox nazir, mütəxəssis və gənclər təşkilatlarının iştirakı ilə bu ilin oktyabrın 28-dən 30-a kimi Bakıda keçiriləcək beynəlxalq toplantı - ''Gənclər Siyasəti üzrə Qlobal Forum''un keçirilməsi barədə məlumat vermişdir.

''Dövlət gənclər siyasətini icra edən və ya nəzərdən keçirən 150-dən çox üzv ölkənin iştirakı ilə keçirilən bu Forum 2015-ci ildən sonrakı inkişaf çərçivəsində gənclərin imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq təşəbbüslə çıxış edir. Forum həmçinin daha çox ölkələrin dövlət gənclər siyasətinin inkişafında səylərinin güclənməsinə yardım etməklə 1995-ci il BMT-nin ''Gənclər üçün Fəaliyyət'' Proqramı ilə bağlı yenilənmiş öhdəliyi özündə əks etdirir.''- deyə Baş Katibin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi bildirmişdir.

Cənab Rəhimov həmçinin BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşərək Bakıda keçiriləcək birinci "Gənclər siyasəti üzrə Qlobal Forumu"na BMT-nin baş katibi Ban Ki-munun rəsmi dəvətini təqdim etmişdir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində Foruma hazırlıq istiqamətində artıq görülmüş işlərdən söz açaraq, Forumun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradılacağını qeyd etmişdir. Tədbirdə həmçinin BMT Baş katibinin gənclər üzrə elçisi cənab Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış etmişlər. Onlar Azərbaycan hökümətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayaraq, Azərbaycanın Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün təşəkkür etmişlər.

BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilən mərasim zamanı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT arasında Anlaşma Memorandumu da imzalanmışdır. Nazirlik cənab nazir Azad Rəhimov, Birləşmiş Millətlər Təşkilatı BMT-nin İctimai İnformasiya Departamentinin Təşviqat Bölməsinin direktoru Mahir Nasser və Baş Katibin Gənclər üzrə Elçisi Əhməd Əlhəndavi tərəfindən təmsil olunmuşdur. Anlaşma Memorandumunun imzalanmasında başlıca məqsəd Baş Katibin Gənclər üzrə Elçisinin Ofisi və Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığı gücləndirməkdir. Bu memoranduma əsasən, Gənclər və İdman Nazirliyi Baş Katibin Gənclər üzrə Elçisinin Ofisinin göstərdiyi fəaliyyətə dəstək verəcək və bu fəaliyyətə 1.5 milyon ABŞ dolları məbləğində vəsait ayıracaqdır.

BMT-nin Baş Katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş zamanı cənab Azad Rəhimov Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd etmişdir. Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş Katibinin gənclər üzrə Elçisinin Ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilmişdir.

Konfransdan sonra Nazir BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini, Şərqi Avropa və MDB ölkələri üzrə Regional Büronun direktoru Cihan xanım Sultanoğlu ilə görüşmüşdür. Görüşdə xanım Direktor Azərbaycanda dəfələrlə səfərdə olduğunu və ölkədə böyük inkişafı müşahidə etdiyini söyləmişdir. Bundan irəli gələrək, o, "Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsini alqışlayaraq, Forumda mütləq iştirak edəcəyini də qeyd etmişdir.

Səfərin nəticəsi kimi gənclər və idman naziri cənab Azad Rəhimov Kolumbiya Universiteti ilə BMT Baş Katibinin Gənclər üzrə Elçisi Ofisinin keçirdiy "Gənclərin üzləşdiyi marqinalizasiya və qeyri-bərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda keçirilən konfransda çıxış etmişdir. Cənab Azad Rəhimov belə tədbirlərin keçirilməsinə öz dəstəyini bildirmiş və Azərbaycanın gənclər siyasəti modeli, onun prioritetləri və əldə olunan nəticələr haqqında auditoriya iştirakçılarına məlumat vermişdir.

Səfərinin sonu kimi nazir Azad Rəhimov eyni zamanda "Gənclərin bacarıqlarının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adı altında keçirilən paneldə də çıxış etmişdir. Nazir BMT-nin baş katibi cənab Ban Ki-munun elan etdiyi "gənclər üçün və gənclər ilə iş" prinsipinin müasir gənclər siyasətində önəmli yer tutmasını qeyd etmiş, Azərbaycanda bu sahədə bir sıra nailiyyətlərin olmasını xüsusi vurğulamışdır. "Gənclər siyasəti üzrə I Qlobal Forum"un Bakıda keçirilməsi təşəbbüsü konfransda iştirak edən BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehin tərəfindən də böyük maraqla qarşılanmışdır. Babatunde Osotimehi: "Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmayə qoyulur. Bu, o deməkdir ki, siz həm öz gələcəyinizə, həm gənclərin gələcəyinə inanırsız."

Əlaqə üçün:

Ruslan Ismayil-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxəssis, ruslan.ismayilzada@undp.org

Gənclər Siyasəti üzrə Qlobal Forum haqqında

Baş Katibin Gənclər üzrə elçisinin BMTİP, YUNESKO və Avropa Şurası ilə tərəfdaşlığı əsasında çağırılan və Azərbaycan Hökuməti tərəfindən ev sahibliyi ediləcək bu forum başlıca olaraq, BMT-nin Dünya ''Gənclər üçün Fəaliyyət'' Proqramının genişləndirilməsinə həsr edilmiş ilk beynəlxalq toplantıdır.


Forum bir neçə məqsədi hədəfə almışdır. Bunlara gənclər siyasətinin birgə inkişaf etdirilməsinin əsas prinsipləri və müxtəlif səviyyələrdən olan maraqlı tərəflərin mövcud olan dinamika haqda ümumi anlayışınn yaradılması; gənclər siyasəti ilə bağlı siyasətçilərin iştirakı ilə həyata keçirilmiş və sınanılmış təcrübə və nümunələrin, eləcə də onlarla bağlı əsas və gerçəkliklərin, uğur və çatışmazlıqların bölüşdürülməsi; BMT-nin Dünya ''Gənclər üçün Fəaliyyət'' Proqramının həyata keçirilməsini dəstəkləmək məqsədilə mütəxəssislərdən ibarət beynəlxalq cəmiyyətin təsisi daxildir.


Tədbir iştirakçıları nazirlər, dövlət katibləri və yüksək səviyyəli hökumət rəsmiləri, gənclərlə bağlı büdcənin nəzərdən keçirilməsi, ayrılması və müvafiq qanunvericilik layihələrinin hazırlanması və təsdiqi ilə bağlı məsul deputatlar, gənclərin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı və gənclər siyasəti üzrə ekspertlər, gənclər siyasəti üzrə fəaliyyət göstərən hökumətlərarası qlobal və regional təşkilatların inkişaf üzrə mütəxəssisləri, institut, universitet və beyin mərkəzlərində gənclər siyasəti istiqamətində çalışan tədqiqatçılar, gənclər siyasəti sahəsində fəaliyyət göstərən müxtəlif təşkilat, qurum və müəssisələrin inkişaf üzrə mütəxəssisləri və gənclər sahəsində dəyişikliyi dəstəkləməkdə fəal iştirak edən donorların proqram mütəxəssislərindən ibarətdir.


Gənclər siyasəti üzrə Qlobal Forum BMTİP-in Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında imzalanmış ''Qlobal siyasi debatlarda gənclərin fəal iştirakını dəstəkləmək məqsədilə yeni platformaların yaradılması'' adlı birgə layihə çərçivəsində keçiriləcəkdir.

Səfərdən olan şəkillər
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ
  • Delegation headed by the minister of youth and sport visited UN HQ

View more onFlickr