Konni Britton BMT-nin İnkişaf Proqramının yeni Xoşməramlı Səfiri təyin edilmişdir

3 aprel 2014

imageAktrisa Konnie Brittonun BMTİP-in Xoşməramlı Səfiri kimi təyinatı. Şəkil: Dylan Lowthian/BMTİP

Yeni vəzifəsində Konn Brittonun diqqətində qadınlara səlahiyyət verilməsi və yoxsulluğa qarşı mübarizə olacaqdır


NYU YORK, 2 aprel 2014-cü il – Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi sahəsində fəaliyyətinə görə amerikan aktyoru Konni Brittonu yeni Xoşməramlı Səfir təyin etmişdir.


“Biz Konni Brittonun BMTİP-in dünyada yoxsulluqla mübarizə səylərinə qoşulmasına çox sevinirik ,” BMTİP-in Xarici Əlaqələr üzrə Direktoru Maykl O’Neyl bildirmişdir. “Konni humanitar məsələlərə böyük həvəs göstərir və dünyada inkişaf məsələləri üzrə maarifçiliyin aparılmasında bizim tərəfdaşımız olacaqdır.”


Britton mütəmadi xeyriyyə tədbirlərini dəstəkləməklə dəfələrlə yoxsulluğun azaldılması səylərinin və qadınların hüquqlarının qorunmasının tərəfdarı kimi tanınmışdır. BMTİP-in yeni Xoşməramlı Səfiri kimi insanların saləhiyyətləndirilməsi və marjinallaşmaya qarşı mübarizə üçün BMTİP-in qlobal səylərinin tanınmasında öz məşhurluğundan istifadə edəcəkdir.


"Mən səfərlərimdə ifrat yoxsul insanların yaşadığı yerləri gördüm. Bir milyard insanın belə şəraitdə yaşaması və xroniki xəstələrin altmış faizinin qadınlar olması 2014-cü ildə yolverilməzdir," Britton demişdir. "Dünyada aztəminatlı insanların həyatlarının müsbətə doğru dəyişmək və yaxşılaşdırmaq üçün mən BMTİP ilə işləməyi səbirsizliklə gözləyirəm."


Dördqat Emmi mükafatının sahibi Konni Britton hazırda“Nashville” adlı ABC seriallarında çəkilir və buna görə o, Ən Yaxşı Aktrisa – Televiziya Dram Serialları nominasiyasında ilk Qızıl Qlobus mükafatını almışdır. Britton əsasən “Friday Night Lights – Cümə Gecələrinin İşıqları” adlı serialında Tami Teylor və “American Horror Story – Amerikanın Qorxunc Hekayəsi” serialında Vivien Harmon rollarına görə tanınmışdır. Bu ilin sonunda o “This Is Where I Leave You – Mən Səni Burda Tərk Edirəm” komediyasında ekranlarda görünəcəkdir.


Konni Britton digər doqquz BMTİP-in Xoşməramlı Səfirləri sırasına qoşulur. BMTİP-in Xoşməramlı Səfirləri beş fulbolçu: Ronaldo de Lima, Zinédine Zidane, Didier Drogba, Iker Casillas və dünyaca bir nömrəli qadın futbolçusu, Marta Vieira da Silva; tennis oyunçusu Mariya Şarapova; İspan ifaçısı Antonio Banderas; Yapon aktrisası Misako Konno; və Norveç şəhzadəsi Haakon Magnusdur.

Əlaqə üçün:

Alessandra Bassi alessandra.bassi@undp.org - +1 212 906 638 and Andrew Hein andrew.hein@undp.org +1 212 906 5623

Video