Su və Daşqınların İdarəetməsi üzrə Hesabat Seminar keçirilmişdir.

Wed May 21 00:00:00 EDT 2014

Seminarda 2013-cü ildə görülmüş işlərin yekunu təqdim edilmişdir.

21 may 2014-cü il tarixində “Qafqaz Baku City” (Şamdan Zalı) otelində BMT-nin İnkişaf Proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” birgə layihəsi üzrə Hesabat Seminarı keçirilmişdir. Seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilmiş, gələcək tədbir və planlar üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, beynəlxalq ekspertlərin layihə çərçivəsində etdikləri səfər, gördüyü işlərə dair ətraflı məlumat verilmiş və sonrakı fəaliyyət planı müzakirə edilmişdir.

Tədbir iştirakçılarını salamlayan BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri cənab Məzahir Əfəndiyev layihənin uğurla davam edildiyini və planlı şəkildə layihə məqsədlərinə nail olunduğunu vurğulamışdır. Belə layihələrin vacibliyini tədbir iştirakçılarına bildirən Fövqəladə Hallar nazirinin müavini cənab Tapdıq Əmiraslanov Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə daha sıx əməkdaşlıq etməsində maraqlı olduğunu söyləmişdir. BMT İP-nin Rezident Nümayəndəsinin müavini xanım Nato Alhazişvili öz növbəsində bu sahədə beynəlxalq təşkilatın Azərbaycana hər zaman dəstək göstərəciyini bildirmişdir.

Daha sonra Baş Milli Məsləhətçi cənab Fərid Abbasov layihə çərçivəsində görülmüş işlər və gələcək planlar haqqında, Baş Texniki Məsləhətçi cənab Devid Milton isə layihənin Strateji inkişafı barədə geniş təqdimatlar etmişlər. Yerli və beynəlxalq ekspertlərin görülmüş işlər barədə qısa icmalının təqdimatından sonra tədbir müzakirələrlə davam etdirilmişdir.

Hesabat Seminarında Fövqəladə Hallar Nazirliyi, BMT-nin İnkişaf Proqramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, AzərSu ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları və KİV-in nümayəndələri iştirak etmişlər.

Xatirladaq ki, 2012-ci ildən həyata keçirilən bu layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihədə qanunvercilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati bacarıqların gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Əlavə məlumat üçün

Ruslan Ismayıl-zadə, Media və ictimai əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair