Mühacirlərin həyat yoldaşları və onların ailə üzvləri haqqında birgə tədqiqat birgə hesabatı təqdim olundu

27 iyun 2014

imageAzərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı miqrantların azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti haqqında tədqiqata dair hesabatı

Bakı, Azərbaycan, 26 iyun 2014-cü il – Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin İnkişaf Proqramı (BMTİP) BMT-nin Nümayəndəliyində Azərbaycandan kənarda yaşayan mühacir vətəndaşlar və onların ailə üzvləri haqqında birgə hesabatın təqdimat mərasimini keçirmişdir. Bu hesabat BMTİP-in “Azərbaycanda gender tədqiqatlarına dəstək” proqramı əsasında BMqT tərəfindən həyata keçirilən “Azərbaycandan kənarda işləyən və yaşayan mühacir azərbaycanlı miqrantların uzun müddət və ya mütəmadi əlaqə saxlamadıqları Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti haqqında biliklərin artırılması və onların hazırkı sosial iqtisadi inkişafı ilə bağlı vəziyyətlərinin öyrənilməsi” layihəsinin nəticəsidir. BMqT bu çox mühüm hesabatı BMTİP-in maliyyə dəstəyi vasitəsilə həyata keçirməyə nail olmuşdur.

Azərbaycan və ingilis dillərində təqdim olunan hesabat müvafiq hədəf qruplarının vəziyyətini faktlar əsasında nümayiş etdirir, eləcə də ehtiyacı olan əlaqədar qadın və uşaqların yaşayış şəraitinə təsir edən problemlərin təxirəsalınmaz və praktiki həlli istiqamətində istifadə edilə biləcək hüquqi yardım vasitələrini özündə əks etdirir.

Tədbir iştirakçılarını salamlayan BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Antonius Bruk miqrasiyanın həm qlobal, həm də milli səviyyədə üstünlük və çatışmazlıqlarını qeyd etdi. O, Azərbaycandan kənarda yaşayan mühacir vətəndaşların və onların ailə üzvlərinin sosial müdafiəsi, hüquq və imkanlarının inkişafına dəstək verən və ya bu məqsədlə yanaşan mərkəzi və yerli hakimiyyət orqanları, ümumilikdə bütün tərəfdaşlar üçün araşdırmaların vacibliyini vurğuladı.

BMqT-nın məsul nümayəndəsi cənab Serhan Aktoprak qeyd etdi ki, hesabatın məqsədi hədəf qrupu haqqında, eləcə də siyasət və proqram fəaliyyətində mövcud boşluqlar üzrə vəziyyət barədə siyasətçilər arasında bilik və maarifləndirməni gücləndirməkdir. Başqa bir məqsəd isə hədəf qrupunun hüquqi yardım prosedurlarından istifadəsi üzrə maarifləndirmə işində hüquqi dəstək mexanizminin təkmillləşdirilməsi olmuşdur.

Tədqiqat hesabatının təqdimetmə mərasimində Nazirlər Kabineti, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, həmçinin BMTİP, BMT QAK, UNİCEF, BMT-nin Əhali Fondu, Beynəlxalq Əmək Təşkilatı və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və KİV-lər iştirak etdilər.

Tədqiqat hesabatını buradan əldə edə bilərsiniz.

Əlavə məlumat üçün

Könül Kərimova, BMqT-nin nümayəndəsi, 465 90 71 / 72

Hesabatın Təqdimatından Şəkillər
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation
  • UNDP-IOM Joint Research Report on Migrants' Spouses and Their Families Presentation

View more onFlickr