Daşqınlara Qarşı İcma Əsaslı Erkən Xəbərdarlıq Sistemi üzrə Təlim

Thu Jul 17 00:00:00 EDT 2014

Açılış mərasimi zamanı

Qəbələ, Azərbaycan, 16 iyul 2014 - Daşqınlara qarşı icma əsaslı erkən xəbərdalıq sistemlərini gücləndirmək üçün yerli tərəfdaşlara iki günlük təlim Qəbələ şəhərində bugün öz işinə başlamışdır. “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində keçirilən təlim yerli tərəfdaşlarla birlikdə, layihə heyəti, milli və beynəlxalq ekspertlər və zəif dağ icmalarından olan nümayəndələr də daxil olmaqla bir çox iştirakçıları bir araya gətirmişdir. Təlimin məqsədi daşqınlara qarşı erkən xəbərdarlıq sistemləri üzrə təcrübələrin bölüşülməsidir.

BMT-nin İnkişaf Proqramının Layihələr üzrə Meneceri cənab Məzahir Əfəndiyev seminarı açıq elan edərək, layihənin məqsədləri və gözlənilən əsas nəticələr haqqında iştirakçılara qısa məlumat verdi. Daha sonra, daşqınlara qarşı erkən xəbərdarlıq qabiliyyətinin gücləndirilməsi üçün iştirakçılar xəbərdarlıq sisteminin tərkib hissələri olan risklər üzrə bilik, monitorinq və xəbərdarlıq, rabitə və məlumatın ötürülməsi və cavab bacarığı haqqında qrup müzakirələri keçirildi.

Seminarda həmçinin Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən nümayəndələr, eləcə də bir sıra yerli və xarici ekspertlər iştirak etmişdir.

Xatirladaq ki, 2012-ci ildən həyata keçirilən bu layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihədə həmçinin qanunvercilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi,təşkilati bacarıqların gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə fəal iştirak etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Contact information

Ruslan Ismayıl-zadə, Media və İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org