İsmayıllıda yay otlaqlarının dayanıqlı monitorinqi və idarəçiliyi üzrə təlim keçirilmişdir

Mon Sep 15 00:00:00 EDT 2014

Ismayıllıda ərazidə təlimin keçirilməsi

“İqlim Dəyişikliyinə ekosistem əsaslı yanaşma” adlı Clima East pilot layihəsi çərçivəsində İsmayıllının 3000 hektarlıq pilot yay otlaqları ərazisində 14-28 avqust 2014-cü il tarixlərində yay otlaqlarının monitorinqi ve inventoru üzrə təlimlər keçirilmişdir. Bu təlimlər Ətraf Mühit üzrə Qlobal Fondun (GEF) “Böyük Qafqaz Landşaftının Dayanıqlı Torpaq və Meşə İdarəetməsi” adlı layihəsi və Beynəlxalq Əməkdaşlıq üzrə Alman Federal Şirkətinin (GİZ) “Böyük Qafqazın Biomüxtəlifliyinin Dayanıqlı İdarəetməsi” adlı layihəsinin birgə iştirakı ilə həyata keçirilmişdir.

Təlim nəticəsində iştirakçılar layihə çərçivəsində tərtib edilmiş yay otlaqlarının inventorunun yeni metodologiyası və seçilmiş 16 fermer təsərrüfatında tətbiq edilən yeni inventar təcrübələri öyrənmişdirlər. Əldə edilmiş sosial, iqtisadi və ekoloji məlumatlar seçilmiş 16 yay otlaqları fermer təsərrüfatlarının idarəetmə və yenidən qurma işində məsləhət kimi istifadə ediləcəkdir.

Təlimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun, Bakı Dövlət Universitetinin Biologiya Fakültəsinin, QHT-lərin, yerli icra orqanları və bələdiyyələrin nümayəndləri, yerli fermerler iştirak etmişlər. Təlim layihə çərçivəsində dəvət edilmiş Almaniyanın Duene İnstitutunun ekspertləri cənab Conatan Etzol və cənab Maykl Rüs tərəfindən aparılmışdır.

“İqlim Dəyişikliyinə ekosistem əsaslı yanaşma” adlı Clima East pilot layihəsinin məqsədi ölkədə yay otlaqlarının dayanıqlı idarəetməsi təcrübəsinin formalaşdırılması və tətbiqinə dəstək verməkdir. Layihə ilə bərpa olunmuş sahələrdə saxlanılan karbon qazı ehtiyatının ölçülməsi işlərini və otlaq sahələrinin monitorinqini asanlaşdıracaq Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Contact information

Layihə Meneceri, cənab Eltəkin Ömərov eltekin.omarov@undp.org