“Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihənin imzalanma və açılış mərasimi

Mon Dec 01 00:00:00 EST 2014

Layihənin açılış mərasimindən

Ölkənin dayanıqlı inkişafını təmin etmək Azərbaycan hökuməti son illər ərzində bütün istiqamətlər üzrə mühüm addımlar atmışdır. Sərhəd idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi bu proseslərdən kənarda qalmadı. Bu sahədə daxili resurslardan istifadə etməklə yanaşı, mütəmadi olaraq qabaqcıl beynəlxalq təcrübələrdən faydalanmağa da çalışan Azərbaycan Hökuməti müxtəlif beynəlxalq tərəfdaşlarla birlikdə bir neçə irimiqyaslı layihələri uğurla icra etmişdir.

Son belə layihə 2010-2012-ci illərdə icra olunan “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsidir. Bu layihə çərçivəsində Azərbaycan Hökuməti beynəlxalq təşkilatlarla birlikdə bir sıra əhəmiyyətli tədbirlər keçirmiş və nəticələr əldə etmişdir.

Məhz həmin layihənin uğurlu nəticələrini nəzərə alaraq Azərbaycan və Gürcüstan hökumətləri yaşıl sərhədlərdə İSİ (İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi) Konsepsiyasının tətbiqi üzrə fəaliyyətə başladılar.  Əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi”  adlı  layihənin  həyata keçirilməsinə qərar verdi.

İki ölkə arasında yaşıl sərhəddə əsasən təhlükəsizlik məsələlərini əhatə edəcək layihə çərçivəsində əlaqələndirilmiş tədbirlər mexanizminin yaradılması və tətbiqi üçün Azərbaycan və Gürcüstanın sərhəd orqanlarının birgə fəaliyyətləri daha da inkişaf etdiriləcək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Gürcüstanın Sərhəd Polisi arasında əməkdaşlığın gücləndiriləcək, quru sərhəd mühafizə və nəzarət prosedurlarının təkmilləşdiriləcək, iki ölkənin sərhəd mühafizə orqanları üçün təlim proqramlarının hazırlanacaq və müasir infrastrukturun yaradılaraq yüksək texnologiyalı  avadanlıqlarla təchiz ediləcəkdir.

Layihənin rəsmi imzalanma və açılış mərasimi 28 noyabr 2014-cü il tarixində “Fairmont” otelində keçirilmişdir. Tədbirdə Avropa İttifaqının Azərbaycan və Gürcüstan nümayəndələri ilə yanaşı, Azərbaycan (XİN, DGK, DSX) və Gürcüstanın (Sərhəd Polisi) müvafiq hökumət qurumlarının rəhbər səlahiyyətli şəxsləri, BMT-nin İnkişaf Proqramının Azərbaycan və Gürcüstan ofislərinin, İSMPD-nın (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) və ATƏT-in Bakı Ofisinin nümayəndələri, eləcə də Avropa İttifaqına üzv tərəfdaş ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və KİV iştirak etmişdir. 

Əlavə məlumat üçün

Ruslan İsmayil-zadə, Media və İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org