Azərbaycan Dövlət Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd nümayəndələrinin Fəaliyyətinə dair Saziş hazırlanır

Fri Dec 19 00:00:00 EST 2014

Müvafiq dövlət agentliklərinin nümayəndələri sərhəd nümayəndələrinin Fəaliyyətinə Dair Sazişi müzakirə edərkən

BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.  Layihə çərçivəsində nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin  məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcəkdir.

Layihənin komponentlərinin birinin Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş tədbirlərin hazırlanması və tətbiqini nəzərə alaraq, ilk təlimin “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda 18-19 Dekabr, 2014-cü tarixində Bakı şəhərində keçirilib.

Təlimdə Sərhəd əməkdaşlığına dair ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə müzakirə ediləcək, belə sazişlərin səmərəliyi və onların icra mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi  aparılıb.

Tədbir layihə üzrə tərəfdaş olan Miqrasiya Sisysətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) beynəlxalq ekspertləri tərəfindən keçirilib. Tədbirdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.  

 

Contact information

Ruslan Ismayil-zada, Media və İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org