“Suların İnteqrasiyalı İdarə Edilməsi İqlim Dəyişikliklərinə Uyğunlaşdırılmanın Aləti kimi” adlı təlim keçirilib

Wed Aug 05 00:00:00 EDT 2015

Cənab Məzahir Əfəndiyev, Layihə Rəhbərinin təlim iştirakçılarını salamlaması zamanı

Qəbələ, Azərbaycan 5 avqust 2015-ci il – 5-6 avqust tarixlərində Qəbələ şəhərində “İqlim dəyişmələrinə uyğunlaşdırılmanın aləti kimi suların inteqrasiyalı idarəetməsi” mövzusunda təlim keçirilmişdir. Tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində təşkil olunmuşdur.

İştirakçıları salamlayan BMTİP-in Strateji Əməkdaşlıq üzrə Müşaviri cənab Məzahir Əfəndiyev su və sel inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasını bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirmiş və keçirilən təlimin ölkə səviyyəsində böyük töfhələr verəcəyini xüsusi qeyd etmişdir.

Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin rəisi cənab Baba Azkov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulamışdır. O qeyd etmişdir ki, hal-hazırda iqlim dəyişikliyi və onun törətdiyi fəsadlar Azərbaycan üçün çox mühüm məsələlərdəndir. Belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılmış və bunun təsirinin azalması istiqamətində ətraflı müzakirələr aparmışlar. İştirakçılar həmçinin Su Ehtiyatlarının İnteqrasiyalı İdarəetməsi modelini və ondan istifadə vasitələri haqqında ətraflı məlumatlandırılmışlar. Bu imkanların yerli səviyyədə tətbiqinin müzakirəsi və müəyyənləşdirilməsi üçün dəyirmi masaların təşkili vacib sayılmışdır. Müzakirələr nəticəsində əldə ediləcək nəticələr layihə çərçivəsində müvafiq layihə komponentlərinin hazırlanmasında yardımçı olmuşdur.

Təlimdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Agencliyi, Kənd Təsərrüfatı Nazirliyi, AzərSu ASC, BMTİP, İcra Hakimiyyəti və yerli icmaların nümayəndləri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak etmişlər.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və BMTİP ilə birgə həyata keçirilən adı çəkilən layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və daşqın idarə sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır. Layihə adaptasiya ehtiyaclarına cavab verən su və daşqın idarəsi sistemlərini dəyişməkdə köməklik göstərəcək və iqlim riskləri idarəetməsini təkmilləşdirəcək, lazimi qurumların, su və daşqının risklərinin azaldılması üçün idarəetmədə qabaqcıl təcrübə tətbiq etmək bacarıqlarını formalaşdıracaq və yerli iqlim riskləri idarəçilik təcrübələrini təqdim etməklə ictimaiyyətin daşqın və su risklərinə qarşı dözümlülüyünü artıracaqdır.

Contact information

Ruslan Ismayil-zada, Communications Officer, ruslan.ismayilzada@undp.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair